QR CodeQR Code

Yəmən Səudiyyə Ərəbistanı ərazisinə PUA-larla hücum etdi

إسلام تايمز , 19 Dec 2021 14:13

İslamTimes: Yəmən ordusu və xalq komitələri kamikadze PUA-larla Səudiyyə Ərəbistanının cənubunu hədəf alıb.


"Əl-Cəzirə" xəbər verir ki, Yəmən ordusu və xalq komitələri Səudiyyə Ərəbistanın təcavüzkar koalisiyasına pilotsuz təyyarələrlə zərbələr endirib.

Son əməliyyatda Səudiyyə Ərəbistanının cənubundakı hərbi bazalar kamikadze PUA-larla hədəf alınıb. Səudiyyə koalisiyası isə Yəmənə məxsus PUA-nın ölkədəki əhəmiyyətli hərbi bazalara zərbə endirməzdən öncə zərərsizləşdirildiyini iddia edib.

Son günlər Yəmən ordusu və xalq komitələri Səudiyyə rejimi işğalçı qüvvələrinə ağır məğlubiyyətlər yaşadıb. Yəmən ordusunun rəsmisi Sputnik-ə müsahibəsində bildirib ki, Yəmən qüvvələri Əl-Yətme bölgəsinin strateji ərazilərinin böyük bir hissəsini və Əl-Cəvf əyalətinin Xab əş-Şaf məntəqəsinin mərkəzini və ətrafdakı bütün yüksəklikləri nəzarətə götürə biliblər.


Story Code: 969256

News Link :
https://www.islamtimes.org/az/news/969256/yəmən-səudiyyə-ərəbistanı-ərazisinə-pua-larla-hücum-etdi

Islam Times
  https://www.islamtimes.org