QR CodeQR Code

Məhəmməd Əli əl-Husi: Səna hava limanının bombalanması Yəmənə qarşı terrordur

إسلام تايمز , 22 Dec 2021 15:00

İslamTimes: Yəmənin Ali Siyasi Şurasının üzvü Məhəmməd Əli əl-Husi öz Twitter hesabında Səudiyyə koalisiyasının Səna hava limanını bombalamağa davam etməsini qınayıb və bunu Yəmənə qarşı terror adlandırıb.


Əl-Husi yazıb: “Səna hava limanına hücum göstərir ki, ABŞ-Britaniya-BƏƏ təcavüzkar koalisiyası və onların müttəfiqlərinin sülhlə bağlı bəyanatları cəfəngiyyatdır. Bu hücumlar Yəmənə qarşı mühasirəni daha da gücləndirir. Təcavüzkar koalisiya mülki obyektləri hədəfə alır və bu hərbi cinayətidir!”

O əlavə edib: "Xəstələr və mülki insanların daşınması üçün istifadə edilən hava limanına edilən çoxsaylı hücumlar əslində Yəmən xalqına qarşı terror aktıdır!”

Səna hava limanı rəsmisi ötən gün bildirib ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın hava hücumları səbəbindən BMT-nin Yəmən istiqamətində humanitar yardım məqsədilə planlanan uçuşları dayandırılıb.


Story Code: 969736

News Link :
https://www.islamtimes.org/az/news/969736/məhəmməd-əli-əl-husi-səna-hava-limanının-bombalanması-yəmənə-qarşı-terrordur

Islam Times
  https://www.islamtimes.org