QR CodeQR Code

ÜST koronavirusun endemik olacağını istisna etmir

23 Dec 2021 09:10

İslamTimes: “Koronavirus endemik ola bilər, lakin bu, onun daha az təhlükəli olacağı anlamına gəlmir”.


APA xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Mariya van Kerxove brifinqdə deyib.

ÜST rəsmisinin sözlərinə görə, mövsümi dəyişikliklər ola bilər, amma bu o demək deyil ki, daha az təhlükəli olacaq, yayılma tempi zəifləyəcək: "Koronavirusun aqressivliyi nə qədər azalacaq, açığını deyim ki, hələ öyrənməliyik. Pandemiyanın sonuna keçid tədricən olacaq. Hazırda pandemiyanın ortasındayıq, virus hər şəraitdə yayılır və biz onun inkişaf mərhələlərini gözləyirik”.

Ekspert əlavə edib ki, bu şəraitdə peyvənd xüsusi əhəmiyyət kəsb edir ki, bu da ən azı ağırlaşmaların və ölüm hallarının sayını azaldır.


Story Code: 969871

News Link :
https://www.islamtimes.org/az/news/969871/üst-koronavirusun-endemik-olacağını-istisna-etmir

Islam Times
  https://www.islamtimes.org