QR CodeQR Code

İraq bütün əcnəbi döyüş qüvvələrinin ölkə ərazisini tərk etdiyini bildirib

23 Dec 2021 10:20

İslamTimes: İraq hökuməti başda ABŞ olmaqla bütün əcnəbi döyüş qüvvələrinin ölkə ərazisini tərk etdiklərini elan edib.


SalamNews İraqın dövlət xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi bəyanat verib.

İraq Ordusunun Birgə Əməliyyatlar Komandanlığı elan edib ki, artıq ölkədə digər dövlətlərin hərbi-döyüş qüvvələri qalmayıb.

Əlavə edilib ki, ölkədə digər dövlətlərin yalnız məhdud sayda hərbi müşavir və məsləhətçiləri qalıb.

İraq Ordusu ötən gün elan edib ki, ABŞ qüvvələrinin nəzarətində olan Eynul-Əsəd bazası və həmçinin Ərbildə əl-Hərir bazası artıq yerli qüvvələrin nəzarətindədir.

Xatırladaq ki, ABŞ 2020-ci ilin yanvar ayında Qasim Süleymanini və Əbu-Mehdi əl-Mühəndisi terror etdikdən sonra İraq Parlamenti əcnəbi qüvvələrin ölkədən çıxmasına səs vermişdi.


Story Code: 969884

News Link :
https://www.islamtimes.org/az/news/969884/iraq-bütün-əcnəbi-döyüş-qüvvələrinin-ölkə-ərazisini-tərk-etdiyini-bildirib

Islam Times
  https://www.islamtimes.org