QR CodeQR Code

Avropada koronavirusa yoluxma sayında REKORD

26 Dec 2021 07:45

İslamTimes: Avropada koronavirusa rekord sayda yoluxma qeydə alınıb.


Publika.az xəbər verir ki, Böyük Britaniyada Milad bayramında 122 mindən çox insan koronavirusla yoluxub.

Almaniyada son sutka ərzində 22,2 min yeni yoluxma halı aşkarlanıb, 157 nəfər ölüb.

Portuqaliyada isə yoluxma 12,9 min nəfər təşkil edir ki, bu da rekord rəqəmdir.

İrlandiyada ötən günlə müqayisədə 2,5 mindən çox insan infeksiya ilə rastlaşıb.

Fransada Milad ərəfəsində 94 mindən çox insanin koronavirus testi müsbət çıxıb.

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı hesabatda "omikron"un artıq 110 ölkədə tapıldığı bildirilir.


Story Code: 970337

News Link :
https://www.islamtimes.org/az/news/970337/avropada-koronavirusa-yoluxma-sayında-rekord

Islam Times
  https://www.islamtimes.org