0
Sunday 26 December 2021 - 07:45

Avropada koronavirusa yoluxma sayında REKORD

Story Code : 970337
Avropada koronavirusa yoluxma sayında REKORD
Publika.az xəbər verir ki, Böyük Britaniyada Milad bayramında 122 mindən çox insan koronavirusla yoluxub.

Almaniyada son sutka ərzində 22,2 min yeni yoluxma halı aşkarlanıb, 157 nəfər ölüb.

Portuqaliyada isə yoluxma 12,9 min nəfər təşkil edir ki, bu da rekord rəqəmdir.

İrlandiyada ötən günlə müqayisədə 2,5 mindən çox insan infeksiya ilə rastlaşıb.

Fransada Milad ərəfəsində 94 mindən çox insanin koronavirus testi müsbət çıxıb.

Ümumdünya Səhiyyə Təşkilatının yaydığı hesabatda "omikron"un artıq 110 ölkədə tapıldığı bildirilir.