QR CodeQR Code

Kadırovdan: Ukraynanı işğal edə bilərdim

27 Dec 2021 01:37

İslamTimes: Ukrayna Prezidenti Vladimir Zelenski anti-Rusiya siyasətini davam etdirərsə, o zaman Ukrayna Rusiyaya birləşdirilə bilər.


Axar.az xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov deyib.

"Mən əminəm ki, əgər cənab Zelenski və onun komandası belə davranarsa, o zaman Ukrayna ölkəmizə birləşdirilməlidir. Ukraynalılar bizim xalqımızdır, bura bizim ərazimizdir. Bu, mənim fikrimdir", - Kadırov bildirib.

O, Ukrayna problemini özü həll etməyə hazır olduğunu da bildirib:

"Mənə göstəriş verilsəydi, bu məsələni çoxdan həll edərdim. Ya Çeçenistanı Ukraynaya birləşdirərdim, ya da çoxdan Ukraynanı götürərdim, məsələni orada həll edərdim. Amma hökumətin sazişləri var ki, belə qərarların qəbuluna imkan vermir”, - deyə Çeçenistan rəhbəri qeyd edib.


Story Code: 970460

News Link :
https://www.islamtimes.org/az/news/970460/kadırovdan-ukraynanı-işğal-edə-bilərdim

Islam Times
  https://www.islamtimes.org