QR CodeQR Code

ABŞ-ın rəhbərlik etdiyi koalisiya İraqda heç bir hərbi-döyüş qüvvələrinin qalmadığını bildirib

27 Dec 2021 11:30

İslamTimes: ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiya cari dekabr ayının əvvəlindən bütün hərbi-döyüş qüvvələrinin İraqdan çıxarıldığını bildirib.


SalamNews xəbər verir ki, bu barədə ABŞ-ın rəhbərlik etdiyi “İŞİD-ə qarşı koalisiya” rəsmi tvitter səhifəsi üzərindən bəyanat verib.

Bildirilib ki, cari dekabr ayının əvvəlindən bütün hərbi-döyüş qüvvələri İraqdan çıxarılıb.

Bundan öncə İraq Ordusunun Birgə Əməliyyatlar Komandanlığı elan edib ki, artıq ölkədə digər dövlətlərin hərbi-döyüş qüvvələri qalmayıb.

İraq Ordusu əlavə edib ki, ölkədə digər dövlətlərin yalnız məhdud sayda hərbi müşavir və məsləhətçiləri qalıb.

Xatırladaq ki, ABŞ 2020-ci ilin yanvar ayında Qasim Süleymanini və Əbu-Mehdi əl-Mühəndisi terror etdikdən sonra İraq Parlamenti əcnəbi qüvvələrin ölkədən çıxmasına səs vermişdi.


Story Code: 970523

News Link :
https://www.islamtimes.org/az/news/970523/abş-ın-rəhbərlik-etdiyi-koalisiya-iraqda-heç-bir-hərbi-döyüş-qüvvələrinin-qalmadığını-bildirib

Islam Times
  https://www.islamtimes.org