QR CodeQR Code

İşğalçı İsrail Lazikiyə limanına növbəti dəfə zərbələr endirdi

28 Dec 2021 10:52

İslamTimes: İşğalçı İsrail Rusiyanın Hərbi Hava Bazası yaxınlığında yerləşən Suriyanın Lazikiyə dəniz limanına aviazərbələr endirib.


Bu barədə Suriya dövlət televiziyası məlumat verib.

“Bu gün 03:21 radələrində düşmən İsrail Lazikiyə limanında yerləşən konteyner meydançasına Aralıq dənizi istiqamətindən hava zərbələri endirib”, - deyə məlumatda bildirilib.

Aviazərbələrdən sonra ərazidə güclü yanğının baş verdiyi ciddi maddi zərərin dəydiyi qeyd edilir. Telekanalın məlumatına görə, hərbçilər hücumu dəf etmək üçün Suriyanın Hava hücumundan Müdafiə sistemlərindən istifadə ediblər. Xatırladaq ki, bu İsrail tərəfindən Lazikiyə limanına endirilən ikinci zərbələrdir. /Eastnews/


Story Code: 970726

News Link :
https://www.islamtimes.org/az/news/970726/işğalçı-israil-lazikiyə-limanına-növbəti-dəfə-zərbələr-endirdi

Islam Times
  https://www.islamtimes.org