QR CodeQR Code

"Suriyanın ərazi bütövlüyü beynəlxalq hüquqda təsbit olunub"

28 Dec 2021 12:34

İslamTimes: Ərəb Liqasının baş katibi: Suriyanın ərazi bütövlüyü beynəlxalq hüquqda təsbit olunub


Ərəb Liqasının baş katibi Əhməd Əbul-Ğeyt işğalçı İsrail rejiminin son illərdə əhali sayını ikiqat artırmaq məqsədi ilə sionistləri Suriyanın işğal altındakı Qolan yüksəkliklərində məskunlaşdırma prosesini genişləndirməsini tənqid edib.

"Russia Today"-in məlumatına görə, Əhməd Əbul-Ğeyt vurğulayıb ki, sionist rejimin planları beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. BMT 1967-ci ildə işğal olunmuş Qolan bölgəsinin Suriya ərazisinin bir hissəsi olduğunu təkidlə vurğulayıb.

Ərəb Liqasının baş katibi deyib: "İşğalçı rejimin bəzi ölkələr tərəfindən rəsmi olaraq tanınması İsrailin bu işğalının beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsi anlamına gəlmir! Beynəlxalq ictimaiyyət bu işğalçılığı rədd edir, beynəlxalq qanunlar bu qanunsuzluğu məhkum edir!"


Story Code: 970730

News Link :
https://www.islamtimes.org/az/news/970730/suriyanın-ərazi-bütövlüyü-beynəlxalq-hüquqda-təsbit-olunub

Islam Times
  https://www.islamtimes.org