0
Tuesday 28 December 2021 - 12:34

"Suriyanın ərazi bütövlüyü beynəlxalq hüquqda təsbit olunub"

Story Code : 970730
"Suriyanın ərazi bütövlüyü beynəlxalq hüquqda təsbit olunub"
Ərəb Liqasının baş katibi Əhməd Əbul-Ğeyt işğalçı İsrail rejiminin son illərdə əhali sayını ikiqat artırmaq məqsədi ilə sionistləri Suriyanın işğal altındakı Qolan yüksəkliklərində məskunlaşdırma prosesini genişləndirməsini tənqid edib.

"Russia Today"-in məlumatına görə, Əhməd Əbul-Ğeyt vurğulayıb ki, sionist rejimin planları beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır. BMT 1967-ci ildə işğal olunmuş Qolan bölgəsinin Suriya ərazisinin bir hissəsi olduğunu təkidlə vurğulayıb.

Ərəb Liqasının baş katibi deyib: "İşğalçı rejimin bəzi ölkələr tərəfindən rəsmi olaraq tanınması İsrailin bu işğalının beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməsi anlamına gəlmir! Beynəlxalq ictimaiyyət bu işğalçılığı rədd edir, beynəlxalq qanunlar bu qanunsuzluğu məhkum edir!"