QR CodeQR Code

Sənada məscid bombalandı, namaz qılan 3 nəfər şəhadətə çatdı

إسلام تايمز , 2 Jan 2022 20:59

İslamTimes: Səudiyyə Ərəbistanının qırıcı təyyarələri bu gün sübh azan vaxtı Yəmənin paytaxtı Sənanı bombalayıb.


Əl-Məyadin şəbəkəsinin məlumatına görə, sübh vaxtı həyata keçirilən amansız hücumda məscid hədəf alınıb və 3 dindar şəhid edilib. Səudiyyə koalisiyası dəfələrlə yalnız hərbi bazaları hədəf aldığını iddia etsə də əslində daim mülki əhalini bombalayır.

Səbanet Xəbər Agentliyi həmçinin bildirib ki, Səudiyyə ordusu qırıcıları Yəmənin paytaxtı Sənanı daha sonra iki dəfə də bombalayıb. Bu iki hücumda Moin ərazisindəki Əsr məhəlləsi hədəfə alınıb.

Səudiyyə Ərəbistanının Əl-Raqo bölgəsi, Səudiyyə sərhədi yaxınlığındakı Səde əyaləti və digər ərazilərə artilleriya hücumları nəticəsində daha 5 nəfər ölüb, 12 nəfər yaralanıb. Son 24 saat ərzində Səudiyyə qırıcıları Yəmənin üç vilayətini 39 dəfə bombalayıb.


Story Code: 971684

News Link :
https://www.islamtimes.org/az/news/971684/sənada-məscid-bombalandı-namaz-qılan-3-nəfər-şəhadətə-çatdı

Islam Times
  https://www.islamtimes.org