QR CodeQR Code

İraq Hizbullahı: Gələcək hökumət nə ABŞ, nə İngiltərə, nə də BƏƏ-dən asılı olmamalıdır!

إسلام تايمز , 8 Jan 2022 22:35

İslamTimes: İraq “Hizbullah”ının təhlükəsizlik rəsmisi Əbu Əli əl-Əskəri gələcək hökumətin “Sırf İraq” mənafelərini əsas götürməsinin vacibliyindən danışıb.


“Əl-Əhd” xəbər kanalı Əbu Əliyə istinadən bildirib ki, gələcək hökumət “nə şərqli, nə qərbli, nə amerikalı, nə ingilis, nə də Birləşmiş Ərəb Əmirliyindən olmamalıdır.

O vurğulayıb ki, sünni və kürd fraksiyalarının daha böyük fraksiyanın bir tərəfinin xeyrinə müdaxiləsi ölkədə sabitliyi poza bilər.

Hizbullah rəsmisi qeyd edib ki, bir qrupun qisas almaq cəhdi və əksəriyyətin böyük fraksiyadan kənar tutulması ixtilaflara səbəb olacaq.

Qeyd edək ki, Müqavimət Cəbhəsi İraq parlament seçkilərində baş verən hadisələrin böyük saxtakarlıq olduğunu və Səudiyyə, Amerika və İsrailin İraq xalqının haqqını tapdamağa çalışdığını bildirib.


Story Code: 972629

News Link :
https://www.islamtimes.org/az/news/972629/iraq-hizbullahı-gələcək-hökumət-nə-abş-ingiltərə-də-bəə-dən-asılı-olmamalıdır

Islam Times
  https://www.islamtimes.org