QR CodeQR Code

Səna: BMT-nin Əl-Hudeydaya baxış keçirməsi Səudiyyə yalanını ifşa edir

إسلام تايمز , 8 Jan 2022 23:43

İslamTimes: "Müharibə qanunlarını pozan, insani dəyərləri ayaq qaltına alan tərəf Səudiyyə koalisiyası özüdür!"


Yəmənin Milli Qurtuluş Hökumətinin xarici işlər nazirinin müavini Hüseyn əl-Əzzi Səudiyyə koalisiyasının Yəmənin Əl-Hudeyda limanı ilə bağlı müharibə qanunlarını pozmasını qınayıb və Səudiyyə rejiminin həyasızcasına yalanlar uyduraraq özünü paka çıxarmaq istəməsini pisləyib.

Hüseyn əl-Əzzi şənbə günü axşam bildirib: "BMT-nin Yəməndəki nümayəndə heyəti İsveç razılaşması imzalanandan sonra son illərdə mütəmadi şəkildə gündəlik və həftəlik olaraq Əl-Hüdeyda limanlarını təftiş edirlər.

O, əlavə edib: “Səudiyyə Koalisiyanın sözçüsü bilməlidir ki, məhz Səudiyyə rejimi özü Əl-Hudeydada beynəlxalq qüvvələrin təftişlərinə mane olur. Biz bununla bağlı Birləşmiş Millətlər Təşkilatına onlarla məktub göndərmişik."

Əl-Əzzi deyib: “Biz təcavüzkar koalisiyanın sözçüsünün saxta ittihamlar irəli sürməklə bağlı cəsarətinə heyranıq. Halbuki bu ittihamlar onların özünə qarşı yönəldilməlidir. Müharibə qanunlarını pozan, insani dəyərləri ayaq qaltına alan tərəf Səudiyyə koalisiyası özüdür!"


Story Code: 972637

News Link :
https://www.islamtimes.org/az/news/972637/səna-bmt-nin-əl-hudeydaya-baxış-keçirməsi-səudiyyə-yalanını-ifşa-edir

Islam Times
  https://www.islamtimes.org