QR CodeQR Code

Bayden növbəti dəfə Harrisi səhvən "prezident" adlandırıb

12 Jan 2022 11:22

İslamTimes: Bayden növbəti dəfə Harrisi səhvən prezident adlandırıb


ABŞ Prezidenti Cozef Bayden üçüncü dəfə səhv edərək vitse-prezident Kamala Harrisi “dövlət başçısı” adlandırıb.

“Report” xəbər verir ki, məlumatı “Fox News” telekanalı yayıb.

“Ötən həftə Prezident Harrislə Kapitolidə ölkəmizin tarixi - 2021-ci il yanvarın 6-nı (bu tarixdə Ağ Evə basqın olmuşdu - red.) və ondan sonrakı dövrü müzakirə edirdik”,- Cozef Bayden bildirib.

ABŞ Prezidenti bununla üçüncü dəfədir Kamala Harrisi “prezident” adlandırır.

Qeyd edək ki, ABŞ Prezidenti bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinin soyadının deyilişini, “vaksinasiya” ilə “eskalasiya”nı, eləcə də Suriya ilə Liviyanı və İraqla İranı dəyişik salmışdı.


Story Code: 973177

News Link :
https://www.islamtimes.org/az/news/973177/bayden-növbəti-dəfə-harrisi-səhvən-prezident-adlandırıb

Islam Times
  https://www.islamtimes.org