0
Wednesday 12 January 2022 - 11:22

Bayden növbəti dəfə Harrisi səhvən "prezident" adlandırıb

Story Code : 973177
Bayden növbəti dəfə Harrisi səhvən "prezident" adlandırıb
ABŞ Prezidenti Cozef Bayden üçüncü dəfə səhv edərək vitse-prezident Kamala Harrisi “dövlət başçısı” adlandırıb.

“Report” xəbər verir ki, məlumatı “Fox News” telekanalı yayıb.

“Ötən həftə Prezident Harrislə Kapitolidə ölkəmizin tarixi - 2021-ci il yanvarın 6-nı (bu tarixdə Ağ Evə basqın olmuşdu - red.) və ondan sonrakı dövrü müzakirə edirdik”,- Cozef Bayden bildirib.

ABŞ Prezidenti bununla üçüncü dəfədir Kamala Harrisi “prezident” adlandırır.

Qeyd edək ki, ABŞ Prezidenti bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinin soyadının deyilişini, “vaksinasiya” ilə “eskalasiya”nı, eləcə də Suriya ilə Liviyanı və İraqla İranı dəyişik salmışdı.