QR CodeQR Code

Rusiyadan ABŞ-a sərt xəbərdarlıq - Əlaqələr kəsilə bilər!

إسلام تايمز , 13 Jan 2022 15:58

İslamTimes: ABŞ Senatındakı Demokratların prezident də daxil olmaqla yüksək rütbəli Rusiya rəsmilərinə sanksiya tətbiq etmək planı Kremlin kəskin reaksiyasına səbəb olub.


Çərşənbə axşamı ABŞ Senatındakı demokratlar prezident Vladimir Putin də daxil olmaqla, Rusiyanın yüksək rütbəli hökumət rəsmilərinə və hərbi məmurlarına qarşı sanksiyalar tətbiq edilməsi planını təqdim ediblər.

“Reuters”in məlumatına görə, Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın ABŞ və NATO ilə ayrı-ayrılıqda təhlükəsizlik danışıqlarını “uğursuz” adlandırıb və iki tərəf arasında ciddi fikir ayrılığının olduğunu bildirib.

Peskovun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinə qarşı sanksiyaların tətbiqi Moskva ilə Vaşinqton arasında əlaqələrin kəsilməsi ilə nəticələnəcək.


Story Code: 973394

News Link :
https://www.islamtimes.org/az/news/973394/rusiyadan-abş-a-sərt-xəbərdarlıq-əlaqələr-kəsilə-bilər

Islam Times
  https://www.islamtimes.org