QR CodeQR Code

Ənsarullah Səudiyyə rejiminin cinayətlərini pislədi

إسلام تايمز , 19 Jan 2022 17:40

İslamTimes: Ənsarullah sözçüsü Səudiyyə koalisiyasının amansız hücumlara münasibət bildirdi


Ənsarullah sözçüsü və Yəmənin Milli Qurtuluş Hökumətinin müzakirələr komandasının rəhbəri Məhəmməd Əbdül-Salam Səudiyyə koalisiyasının Yəmənə, xüsusən də Səna şəhərinə son amansız hücumlarına münasibət bildirib.

O, Twitter-də yazıb:

"Təcavüzkar koalisiyanın vəhşi cinayətlər törətməkdə israrlı olması və bu cinayətlərə dünyanın göz yumması müharibənin sonlanmasına deyil, daha da şiddətlənməsinə səbəb olacaq. İllərdir hücumlara və mühasirələrə qarşı müqavimət göstərən bir xalqın istənilən qanuni yolla öz şəhidlərinin qisasını almaq hüququ var! Yəmən xalqı öz silahlı qüvvələrinin əməliyyatlarına dəstək verməkdə davam edir və onların çəkdiyi əzablara göz yuman dünyanı önəmsəmir!"


Story Code: 974497

News Link :
https://www.islamtimes.org/az/news/974497/ənsarullah-səudiyyə-rejiminin-cinayətlərini-pislədi

Islam Times
  https://www.islamtimes.org