0
Wednesday 19 January 2022 - 17:40

Ənsarullah Səudiyyə rejiminin cinayətlərini pislədi

Story Code : 974497
Ənsarullah Səudiyyə rejiminin cinayətlərini pislədi
Ənsarullah sözçüsü və Yəmənin Milli Qurtuluş Hökumətinin müzakirələr komandasının rəhbəri Məhəmməd Əbdül-Salam Səudiyyə koalisiyasının Yəmənə, xüsusən də Səna şəhərinə son amansız hücumlarına münasibət bildirib.

O, Twitter-də yazıb:

"Təcavüzkar koalisiyanın vəhşi cinayətlər törətməkdə israrlı olması və bu cinayətlərə dünyanın göz yumması müharibənin sonlanmasına deyil, daha da şiddətlənməsinə səbəb olacaq. İllərdir hücumlara və mühasirələrə qarşı müqavimət göstərən bir xalqın istənilən qanuni yolla öz şəhidlərinin qisasını almaq hüququ var! Yəmən xalqı öz silahlı qüvvələrinin əməliyyatlarına dəstək verməkdə davam edir və onların çəkdiyi əzablara göz yuman dünyanı önəmsəmir!"