QR CodeQR Code

İlon Mask və Ceff Bezos milyardlarla dollar itirdilər

24 Jan 2022 10:57

İslamTimes: Dünyanın ən varlı adamları - Tesla şirkətinin banisi İlon Mask və Amazon platformasının sahibi Ceff Bezos həftə ərzində rekord məbləğdə pul itiriblər.


Publika.az"Bloomberq"ə istinadla xəbər verir ki, texnologiya şirkətlərinin səhmləri ucuzlaşdığından Mask ilə Bezos milyardlarla dollardan məhrum olublar.

Son yeddi gün ərzində İlon Mask 25.1 milyard dollar itirib, varidatı 9% azalıb. Bezos 20 milyard dollar itirib. Binance-dan Çanpen Şjao 17.7 milyard dollarından olub. Meta (keçmiş Facebook) rəhbəri Mark Zukerberqin itkisi 10.4 milyard dollar olub.

Ötən həftə bazarlarda pandemiya başlayandan ən böyük çöküş olub, ABŞ-ın faiz dərəcələrini artırması perspektivi və qeyri-sabit gəlir səbəbindən çöküşün yükü daha çox texnologiya şirkətlərinin üzərinə düşüb.

Bu yaxınlarda Mask Tesla səhmdarlarını cin atına mindirib. Səhmdarlar məhkəməyə müraciət edərək bildiriblər ki, Mask 2016-cı ildə direktorlar şurasını əsas səhmdarı olduğu SolarCity şirkətinin borclarını ödəməyə məcbur edib. Yeni şirkətin alınması Tesla-da əlavə maliyyə problemləri yaradıb.

2016-cı ildə iki şirkətin birləşməsi Tesla-nın 2.6 milyard dollarlıq səhmləri hesabına ödənilib. İndi iddiaçılar Maskdan həmin aktivləri qaytarmağı tələb edirlər. Aktivlər isə altı il ərzində xeyli bahalaşıb.


Story Code: 975330

News Link :
https://www.islamtimes.org/az/news/975330/ilon-mask-və-ceff-bezos-milyardlarla-dollar-itirdilər

Islam Times
  https://www.islamtimes.org