QR CodeQR Code

Sionist rejimin mühasirəsi Qəzza zolağında ciddi aclığa səbəb olub

25 Jan 2022 20:22

İslamTimes: Qəzzanın 2,3 milyon əhalisinin yarıdan çoxu işğalçı İsrailin mühasirəsi nəticəsində yoxsulluq həddindən də aşağı səviyyədə yaşayır.


Cenevrədə yerləşən insan haqları qrupu bazar ertəsi yayımladığı illik hesabatında bildirib ki, sionist rejimin Qəzza məntəqəsini 16 illik mühasirəsi nəticəsində bu məntəqənin 2,3 milyon əhalisinin yarıdan çoxu yoxsulluq həddindən də aşağı səviyyədə yaşayır.

Əl-Ərəbi saytının məlumatına görə, "Avropa-Aralıq Dənizi İnsan Haqları Monitorinq Qrupu" İsrail rejiminin mühasirəsi zamanı təxminən 1,5 milyon Qəzza vətəndaşının yoxsullaşdığını bildirir. 2006-cı ildə HƏMAS ümumi seçkilərdə qalib gəldiyi üçün sionist rejim Qəzzaya qarşı qeyri-qanuni mühasirəyə start verib. İşğalçı İsrail rejimi 2007-ci ildə mühasirəni daha da gücləndirib.


Story Code: 975575

News Link :
https://www.islamtimes.org/az/news/975575/sionist-rejimin-mühasirəsi-qəzza-zolağında-ciddi-aclığa-səbəb-olub

Islam Times
  https://www.islamtimes.org