QR CodeQR Code

Putin Makronu Kiyevə əliboş yola salır

8 Feb 2022 13:34

İslamTimes: Ötən gün Fransa Prezidenti Emmanuel Makron Rusiyaya işgüzar səfər edib. Səfər zamanı Makron rusiyalı həmkarı Vladimir Putinlə görüşüb.


Tərəflər arasında Ukrayna ətrafındakı vəziyyətlə bağlı Avropada gərginlik, təhlükəsizlik təminatı mövzuları müzakirə olunub.

Liderlər arasında danışıqlar 5 saatdan bir qədər çox davam edib. Prezidentlər daha sonra birgə mətbuat konfransı keçirib, görüşlə bağlı təəssüratlarını bölüşüblər.

Putinlə kritik danışıqlardan sonra Makron bu gün Ukraynaya səfərə yollanır.  Bu, Fransa Prezidentinin 1998-ci ildən sonra Ukraynaya ilk rəsmi səfəridir. Jak Şirak 24 il əvvəl Kiyevə səfər edən sonuncu Fransa Prezidenti olub.

Səfər çərçivəsində Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Volodimir Zelenski arasında görüş keçiriləcək. Sonra prezidentlər mətbuata birgə bəyanatla çıxış edəcəklər. Tərəflərin əsas müzakirə mövzusu Ukrayna ətrafında yaranan gərginlik olacaq. /modern/


Story Code: 977855

News Link :
https://www.islamtimes.org/az/news/977855/putin-makronu-kiyevə-əliboş-yola-salır

Islam Times
  https://www.islamtimes.org