0
Tuesday 8 February 2022 - 13:34

Putin Makronu Kiyevə əliboş yola salır

Story Code : 977855
Putin Makronu Kiyevə əliboş yola salır
Tərəflər arasında Ukrayna ətrafındakı vəziyyətlə bağlı Avropada gərginlik, təhlükəsizlik təminatı mövzuları müzakirə olunub.

Liderlər arasında danışıqlar 5 saatdan bir qədər çox davam edib. Prezidentlər daha sonra birgə mətbuat konfransı keçirib, görüşlə bağlı təəssüratlarını bölüşüblər.

Putinlə kritik danışıqlardan sonra Makron bu gün Ukraynaya səfərə yollanır.  Bu, Fransa Prezidentinin 1998-ci ildən sonra Ukraynaya ilk rəsmi səfəridir. Jak Şirak 24 il əvvəl Kiyevə səfər edən sonuncu Fransa Prezidenti olub.

Səfər çərçivəsində Fransa və Ukrayna prezidentləri Emmanuel Makron və Volodimir Zelenski arasında görüş keçiriləcək. Sonra prezidentlər mətbuata birgə bəyanatla çıxış edəcəklər. Tərəflərin əsas müzakirə mövzusu Ukrayna ətrafında yaranan gərginlik olacaq. /modern/
Tagged
ukrayna