QR CodeQR Code

İSRAIL AXMAQLIQ ETSƏ, 2006-CI IL DÖYÜŞÜNÜN SADƏ ZARAFAT OLDUĞUNU ONLARA GÖSTƏRƏRIK

İslam-Azeri.az , 14 Aug 2009 16:21

İslam-Azeri.az internet qəzetinin Əl Mənara istinadlı xəbərinə görə Livan Hizbullahının İcra Şurasının sədri Haşim Səfiyuddin İsrail Müdafiə nazirinin son çıxışına cavab verib.


Livanın cənubunda Əl Məhdi mədrəsəsində çxış edən Haşim Səfiyuddin Ehud Barakın Livanı hədələməsinə münasibət bildirərkən deyib: "İsrailin müafiə naziri Ehud Barakın təhdidləri ciddi olsa və İsrail axmaqlıq edrək Livanın cənubu və ya Livana hücum etsə, İsrailə 2006-cı ildəki iyul döyüşünün necə sadə zarafat olduğunu göstərərik".

Livan Hizbullahının İcra Şurasının sədri Haşim Səfiyuddin Livan Hizbullahının müharibəyə meylli olmadığını bildirərək: "Biz döyüşə meylli deyilik, ancaq eyni zamanda biz çox güclüyük və bütün təhdidləri bitərəf etməyə qadirik. Əlbəttə ki, biz düşünürük ki, Sionistlərin bütün təhdidlərinin içi boşdur."-deyib.

ABŞ -ın bölgədəki siyasətinin səmərəsiz olduğunu da diqqətə çəkən Hizbullah rəsmisi: "ABŞ-ın bölgədəki siyasəti səmərəsiz olduğundan layihələri boşa çıxmışdı. Bu layihələrin əsasını müqavimətə zərbə vuraraq intiqam almaqdır. Lakin ABŞ-ın bütün siyasi layihələri bölgədə və Livanda boşa çıxması artıq hamıya aşkar olub"-deyib.


Story Code: 9808

News Link :
https://www.islamtimes.org/az/news/9808/israil-axmaqliq-etsə-2006-ci-il-döyüşünün-sadə-zarafat-olduğunu-onlara-göstərərik

Islam Times
  https://www.islamtimes.org