0
Friday 14 August 2009 - 16:21

İSRAIL AXMAQLIQ ETSƏ, 2006-CI IL DÖYÜŞÜNÜN SADƏ ZARAFAT OLDUĞUNU ONLARA GÖSTƏRƏRIK

Story Code : 9808
İSRAIL AXMAQLIQ ETSƏ, 2006-CI IL DÖYÜŞÜNÜN SADƏ ZARAFAT OLDUĞUNU ONLARA GÖSTƏRƏRIK
Livanın cənubunda Əl Məhdi mədrəsəsində çxış edən Haşim Səfiyuddin Ehud Barakın Livanı hədələməsinə münasibət bildirərkən deyib: "İsrailin müafiə naziri Ehud Barakın təhdidləri ciddi olsa və İsrail axmaqlıq edrək Livanın cənubu və ya Livana hücum etsə, İsrailə 2006-cı ildəki iyul döyüşünün necə sadə zarafat olduğunu göstərərik".

Livan Hizbullahının İcra Şurasının sədri Haşim Səfiyuddin Livan Hizbullahının müharibəyə meylli olmadığını bildirərək: "Biz döyüşə meylli deyilik, ancaq eyni zamanda biz çox güclüyük və bütün təhdidləri bitərəf etməyə qadirik. Əlbəttə ki, biz düşünürük ki, Sionistlərin bütün təhdidlərinin içi boşdur."-deyib.

ABŞ -ın bölgədəki siyasətinin səmərəsiz olduğunu da diqqətə çəkən Hizbullah rəsmisi: "ABŞ-ın bölgədəki siyasəti səmərəsiz olduğundan layihələri boşa çıxmışdı. Bu layihələrin əsasını müqavimətə zərbə vuraraq intiqam almaqdır. Lakin ABŞ-ın bütün siyasi layihələri bölgədə və Livanda boşa çıxması artıq hamıya aşkar olub"-deyib.
Source : İslam-Azeri.az
Comment