QR CodeQR Code

Ərdoğan: İsrail Qərbin ərköyün uşağıdır

14 Sep 2011 11:04

IsamTimes: Türkiyənin baş naziri cənab Ərdoğan deyib: "İsrail Qərbin ərköyün uşağı olaraq hər zaman Beynəlxalq İctimaiyyətin qanunlarını ayaq altına alır.


Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan diktator hakimlərini hakimiyyətdən kənarlaşdırmış ərəb ölkələrinə səfəri çərçivəsində ötən gün Misirə səfər edib. Ərdoğan Misir xalqı tərəfindən bu günədək görünməmiş bir istiqballa üzləşib. 

Mətbuat konfransı zamanı cənab Ərdoğan Ərəb Ölkələri Liqasına müraciətlə deyib: "Bu aydın bir məsələdir ki, İsrail Beynəlxalq İctimaiyyətin göstərişlərini hər zaman ayaq altına alıb." 

Ərdoğan həmçinin Ərəb Liqasının xarici işlər nazirlərindən bir neçə gün sonra BMT-də müstəqil Fələstin dövlətinin yaradılmasına müsbət rəy verməsini istəyib. 

Əroğan Fələstin dövlətinin müstəqilliyinin bir seçim yox, bir vəzifə olduğunu söyləyib.


Story Code: 98669

News Link :
https://www.islamtimes.org/az/news/98669/ərdoğan-israil-qərbin-ərköyün-uşağıdır

Islam Times
  https://www.islamtimes.org