0
Wednesday 14 September 2011 - 11:04

Ərdoğan: İsrail Qərbin ərköyün uşağıdır

Story Code : 98669
Ərdoğan: İsrail Qərbin ərköyün uşağıdır
Ərdoğan: İsrail Qərbin ərköyün uşağıdır
Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğan diktator hakimlərini hakimiyyətdən kənarlaşdırmış ərəb ölkələrinə səfəri çərçivəsində ötən gün Misirə səfər edib. Ərdoğan Misir xalqı tərəfindən bu günədək görünməmiş bir istiqballa üzləşib. 

Mətbuat konfransı zamanı cənab Ərdoğan Ərəb Ölkələri Liqasına müraciətlə deyib: "Bu aydın bir məsələdir ki, İsrail Beynəlxalq İctimaiyyətin göstərişlərini hər zaman ayaq altına alıb." 

Ərdoğan həmçinin Ərəb Liqasının xarici işlər nazirlərindən bir neçə gün sonra BMT-də müstəqil Fələstin dövlətinin yaradılmasına müsbət rəy verməsini istəyib. 

Əroğan Fələstin dövlətinin müstəqilliyinin bir seçim yox, bir vəzifə olduğunu söyləyib.
Comment