QR CodeQR Code

Liviyada kütləvi məzarlıq aşkarlandı

15 Sep 2011 09:17

IslamTimes - BQXK cəsədlərin araşdırılması üçün Liviyaya ekspert yollayıb.


Anspress xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Liviyada kütləvi məzarlığın aşkarlandığını bəyan edib. Komitə nümayəndələri bildiriblər ki, Tripolinin yaxınlığında 12 qardaşlıq qəbri olub. Dağlıq rayonlardan birində isə 120-dən çox cəsədin olduğu daha bir məzarlıq tapılıb.

Ekspertlər əmin ediblər ki, məzarlıqlardakıların hamısı son münaqişə zamanı öldürülüblər.

Hüquq-müdafiə təşkilatının nümayəndələri bildiriblər ki, cəsədlərin qalıqları ehtiyatla öyrənilməli və eyniləşdirilməlidir. BQXK bunun üçün Liviya iki məhkəmə-tibb eksperti göndərib.


Story Code: 98892

News Link :
https://www.islamtimes.org/az/news/98892/liviyada-kütləvi-məzarlıq-aşkarlandı

Islam Times
  https://www.islamtimes.org