0
Thursday 15 September 2011 - 09:17

Liviyada kütləvi məzarlıq aşkarlandı

Story Code : 98892
Liviyada kütləvi məzarlıq aşkarlandı
Liviyada kütləvi məzarlıq aşkarlandı
Anspress xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Liviyada kütləvi məzarlığın aşkarlandığını bəyan edib. Komitə nümayəndələri bildiriblər ki, Tripolinin yaxınlığında 12 qardaşlıq qəbri olub. Dağlıq rayonlardan birində isə 120-dən çox cəsədin olduğu daha bir məzarlıq tapılıb.

Ekspertlər əmin ediblər ki, məzarlıqlardakıların hamısı son münaqişə zamanı öldürülüblər.

Hüquq-müdafiə təşkilatının nümayəndələri bildiriblər ki, cəsədlərin qalıqları ehtiyatla öyrənilməli və eyniləşdirilməlidir. BQXK bunun üçün Liviya iki məhkəmə-tibb eksperti göndərib.
Comment