QR CodeQR Code

BMT Yəməndəki bütün tərəfləri atəşkəsə əməl etməyə çağırıb

12 May 2022 20:55

İslamTimes: Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq Yəməndəki bütün tərəfləri atəşkəsə əməl etməyə çağırıb.


Birləşmiş Millətlər Təşkilatının (BMT) Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq bildirib ki, Yəməndə humanitar böhranın aradan qaldırılması üçün bütün tərəflər hazırkı atəşkəsə əməl etməlidir.

İslamazeri.com "MEHR"ə istinadən xəbər verir ki, BMT-nin xüsusi nümayəndəsinin Twitter hesabında etdiyi paylaşımda Yəmənin müvəqqəti paytaxtı Ədənə iki günlük səfəri ilə bağlı məlumat verib.

Hans Qrundberq bildirib ki, Yəməndəki bütün tərəflər “müharibənin mülki şəxslərə təsirini azaltmaq və humanitar yardımın hərəkətliliyini asanlaşdırmaq” üçün mövcud atəşkəs rejimini qorumağa çalışmalıdırlar.


Story Code: 993924

News Link :
https://www.islamtimes.org/az/news/993924/bmt-yəməndəki-bütün-tərəfləri-atəşkəsə-əməl-etməyə-çağırıb

Islam Times
  https://www.islamtimes.org