QR CodeQR Code

Çindən sərt xəbərdarlıq: Birləşmiş Ştatlar ağır bədəl ödəyəcək!

إسلام تايمز , 26 May 2022 00:33

İslamTimes: Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin ABŞ-ın Tayvanla bağlı ağır bir bədəl ödəyəcəyini bildirib


Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin ABŞ prezidenti Co Baydenin Tayvanla bağlı son açıqlamalarına cavab olaraq çərşənbə axşamı xəbərdarlıq edib və bildirib ki, Birləşmiş Ştatlar Tayvanla bağlı yanlış addımlarına davam edərsə, ağır bir bədəl ödəyəcək.

Tass xəbər agentliyinin məlumatına görə, çinli diplomat ABŞ-ın “Vahid Çin” prinsipi ətrafında söz oyunu oynamağa davam etdiyini söyləyib və əlavə edib:

"Amerika tərəfinə xatırlatmaq istəyirəm ki, dünyada, hətta Birləşmiş Ştatların daxilində belə Tayvanın “separatçı” qüvvələrini məğlubiyyətdən xilas edə biləcək güc yoxdur."

Çin XİN rəsmisinin sözlərinə görə, Birləşmiş Ştatlar Tayvan məsələsində verdiyi vədləri pozaraq “Vahin Çin” prinsipini məhv edib. Bundan əlavə, rəsmi Vaşinqton gizli və açıq şəkildə “Tayvanın müstəqilliyinə” yönəlmiş separatçı fəaliyyətləri dəstəkləyib.


Story Code: 996101

News Link :
https://www.islamtimes.org/az/news/996101/çindən-sərt-xəbərdarlıq-birləşmiş-ştatlar-ağır-bədəl-ödəyəcək

Islam Times
  https://www.islamtimes.org