0
Friday 30 December 2016 - 01:02

Nubul və əl-Zəhra şəhərləri dörd il mühasirədən sonra

Story Code : 595741
Nubul və əl-Zəhra şəhərləri dörd il mühasirədən sonra
Nur-az.com farsnews.com-a istinadən:
Son günlər Hələb şəhərinin şimal bölgəsində yerləşən və əhalisi şiələrdən ibarət iki qəsəbə tipli Nubul və əl-Zəhra şəhərləri bir daha terroristlər tərəfindən ara-sıra hücumlara məruz qalıb. Fars Xəbər Agentliyinin bu yaxınlarda həmin məntəqəyə göndərdiyi müxbir qrupu məntəqənin vəziyyəti barədə üç günlük təəssüratını belə təqdim edib:
(Ardı)
“...Biz çalışdıq ki, bütün bu illər ərzində bu məntəqənin başına gələn hadisələr barədə onunla yaxından tanış olan bir şəxsdən ətraflı məlumat alaq. Odur ki, şəhərin tanınmış ruhanilərindən sayılan və həmin illərdə, demək olar, bütün hadisələrdə iştirak edən və ürəyi xatirələrlə dolu olan şeyx Məhəmməd Cəza ilə belə bir müsahibə apardıq:

− Şəhərin başqa idarə işləri necə gedirdi? Məsələn, məktəblər tətil edilməmişdi ki?
− Bizim bu iki şəhərdə on dördə yaxın orta təhsil məktəbi fəaliyyət göstərir ki, hətta kürdlər də, uşaqlarını bura göndərirlər. Xoşbəxtlikdən, demək olar, mühasirə illərində məktəblər adi surətdə öz fəaliyyətini davam etdirmişlər.

− Bizdə olan məlumata əsasən, mühasirə şəraitində olmağınıza baxmayaraq bu məntəqənin cavanları Hələbin azadlığı müharibəsində də, yaxından iştirak ediblər.
− Təəssüflər olsun ki, Hələb şəhəri süqut üzrə idi və silahlı qüvvələr hətta aeroportu belə ələ keçirməyə cəhd edirdilər. Onların məqsədi hava vasitəsi ilə silah təchiz etmək idi. Dövlətlə rabitə yaratdıqdan sonra biz də, ora 300-ə yaxın qüvvə göndərdik və bu getdikcə min nəfərə çatdı.
− Hələbdə nə qədər şəhid vermisiniz?
− Bizim Nubul şəhərimizdən Hələbdə 350 nəfər şəhid olub ki, onların 300-ü orada hərbi akademiyanın daxilində dəfn edilib və 50 nəfəri isə terroristlərin əlində qalıb. Demək olar, əhalimiz bir növ Aşura həyatını keçirmiş və elə o fikirdə və düşüncədə olmuşlar, övladlarının şəhadəti ilə fəxr edirdilər. Bu halları biz mühasirə şəraitində cavanların ölüb, cənazələri geri alınmadığı zamanlarda yaxından hiss edirdik.

− Şəhərə nə qədər xəsarət dəyib?
− Nubulun özünə on minlərlə minomyot atılsa da, xoşbəxtlikdən az xəsarət törədib. Bununla belə bir sıra evlər uçulub ki, sayı o qədər də, çox deyil. Əldə olan müəyyən vəsaitlə onların da, təmirinə yardım etmişik.
− Bu iki şəhərin azadlığı uğrunda nə qədər şəhid vermisiniz?
− Azadlıq uğrunda yürüşlər təxminən 2012-ci ilin aprelindən başlayıb. O zaman Nubuldan Hələbə doğru yol açmaq qəsdində idik və bu döyüşlərdə çoxlu şəhid versək də, müvəffəq ola bilmədik. Bu iki şəhər birlikdə min nəfərə yaxın şəhid verib ki, onun 600-ü döyüş meydanında həlak olanlardır. Əsl azadlıq əməliyyatları isə iki istiqamətdə başladı ki, bu döyüşlərdə Əfqanıstandandan “Fatimilər”, Pakistandan “Zeynəbilər” və İrandan da, başqa bir qrup iştirak edirdilər və xalq da, bu hadisələrdə yaxından həmkarlıq göstərirdi. Mühasirə tamamilə aradan qaldırıldığı zaman bütün bu qüvvələr vahid şəkildə şəhərimizə daxil oldular ki, çox uğurlu bir gün idi!

− O zaman xalq hansı hissləri keçirirdi?
− O bir vəsfolunmaz bir gündür və bu qələbəni İlahi möcüzə adlandırmalıyıq! Hamı sevincdən göz yaşı axıdırdı və şiələrin bir olduğunu tamamilə hiss edirdik! Bu fəxrli gün haqda danışmaq, doğrudan da, çətindir!
− Bu iki şəhərin mühasirəsində Türkiyə kimi bir sıra ölkələrin rolu nə qədərdir? Elə bil, suriyalılar, məxsusən, Hələbin əhalisi bu məsələdən çox narahatdır.
− Nubul və əl-Zəhranın mühasirəsində ən çox terroristləri himayə edən Türkiyə olub və onlardan hərbi təchizini əsirgəməyib. Həqiqətdə bu iki şəhər Suriyanın şimal bölgəsinin mühafizəsində keçilməz sədd rolunu oynayıb. Çünki əksər şimal bölgələri ta Türkiyə sərhədləri boyunca terroristlərin ixtiyarında idi və onların qarşısını kəsən yalnız bizim məntəqə olub. Terroristlərin hərbi təchizində Türkiyədən başqa Qətər və Ərəbistanın da, rolu az deyil. Məsələn, günlərin birində şəhərə təkcə atılan minomyot və raketlərin sayı 1300-dən yuxarı idi və hələ bura tank və hərbi nəqliyyat vasitələri də, daxildir ki, bir əməliyyatda onların beş tank və neçə hərbi nəqliyyat maşınını, çoxlu sayda terroristləri məhv edə bilmişik. Bu məntəqəyə iyirmi dəfə yürüş edilib ki, heç vaxt terrorist ünsürlər içəri daxil ola bilməyiblər.

− Şəhərlərin əmniyyəti necə qorunur və bunu kimlər öz öhdəsinə götürüb? Yaxud hələ də, təhlükə qorxusu varmı?
− Hər iki şəhərin təhlükəsizliyi onların qeyrətli cavanları tərəfindən mühafizə edilir və daim əməliyyat məntəqələrində keşik çəkirlər. Keşik məntəqələri elə də, uzaq deyil, təxminən bir-iki kilometr fasilə ilə bizdən aralıdır. Bununla belə biz hər döyüşə hazırıq və indi isə biz onlar üçün təhdid və təhlükə sayılırıq. Bəzi məntəqələrdən ara-sıra minomyot atəşinə məruz qalsaq da, gərək həmin məntəqələrin azadlığı haqda başqa bir tədbir görülsün.

− Səhv etmirəmsə, azadlıqdan sonra bura ilk özünü yetirən zabitlərin arasında general Qasim Süleymaninin də, olduğu bildirilir. Siz özünüz o gün onu yaxından görmüsünüzmü?
− Əlbəttə! Azadlıqdan on beş gün sonra o, bura gəlmişdi və doğrusu, xalqla ümumi görüş keçirməyib. Yəni hərbi heyətlə gəlmişdilər və onların öz xüsusi görüşləri olub. Yadımdadır, onlar maşınla xalqın arasından keçəndə, camaata şirniyyat paylayırdılar.
− Sizcə, xalqın İrana qarşı münasibəti necədir?
− Bizim İrana məhəbbətimiz olduqca çoxdur, “Seyyidəl-Qaid”i (İİR-nin rəhbəri) özümüzə sanki ata və rəhbər bilirik! Onun tövsiyə və buyruqları həmişə səfirliyin vasitəsilə bizə yetir və biz də, onun Dəməşq və Tehrandakı nümayəndəsi ilə rabitədəyik. Biz həmişə xalqa deyirik ki, iranlılar öz loğmasının yarısını kəsib, bizə göndərirlər. İrandan burada şəhid olanlar da, var və biz özümüz onların necə döyüş apardığını müşahidə edirdik. Xalqımızın arasında iranlıların çox təvazökar olduğu məlum məsələdir, onların hətta generalı belə gəlib, xalqın kənarında əyləşir, onlarla birgə adi süfrədən çörək kəsib, götürür və bu səmimiyyət bizə xüsusi təsir bağışlayır.

− Azadlıqdan hələ bir ildən az keçməyinə baxmayaraq daha nə kimi problemləriniz qalır?
− Problemlər çoxdur və ən başlıcası da, elektrikin olmamasıdır. Çünki əksər xırda sənaye və təchizat idarələri ona bağlıdır. Bu müşkül həll olduğu surətdə bir çox problemlər istər-istəməz aradan qalxacaq. Bir sıra işlərdə bizimlə iranlılar həmkarlıq göstərsələr də, həll olmalı məsələlər çoxdur. Gün ərzində altı saat, özü də, aşağı amperlə işıq verilir, axşam üstü 5:30-dan 11-ədək. Yaxud suyun özünü alırıq, məsələn, bir maşına on min lir veririk. Bütün bunlar xalqa böyük çətinlik yaradır, əmniyyətin təminini ağırlaşdırır. Belə vəziyyətdə on beşə yaxın arvad-uşaq oğurlanıb, terroristlərin əlindədir, hələ əsirlərimiz də, var ki, azad edilməyib.

− Son sözünüz olaraq mühasirə illərində yadda qalan ən acı və şirin xatirəniz haqda nə deyə bilərsiniz?
− Mənim üçün ən acı xatirə uşaqların dərman ehtiyacı olduğu vaxtlar idi. O zaman biz çalışırdıq ki, onları kürdlərin vasitəsilə buradan xaric edək. Lakin bu məsələ faş olandan sonra neçə dəfə silahlı ünsürlər tərəfindən oğurluğa məruz qaldılar. Yəni, gözümüzün qabağında onları əldən verirdik və əlimizdən heç bir iş gəlmirdi, bu da, olduqca cansıxıcı hallarımız idi.
Ən şirin xatirəm isə mühasirənin aradan qaldırıldığı, azadlıq günlərinə təsadüf edir. Bunu həm də, İranın qələbəsi hesab edirik. Hətta buradan bizim öz yaxın dostlarımız İrana səfər edib, Ali Rəhbərlə görüşə biliblər və bizim salamlarımızı ona çatdırıblar...”
Source : Nur.az.com
Comment