0
Sunday 31 March 2024 - 21:50

Qəzzada ölən jurnalistlərin sayı 137-yə çatıb

Story Code : 1126126
Qəzzada ölən jurnalistlərin sayı 137-yə çatıb
Sionist rejim ordusu Qəzzə zolağının azad atışma zonası olduğunu elan edib. Qaniçən İsrail bu bəhanə ilə Qəzzada heç bir canlıya rəhm etməyəcəyini bildirib.  Sionist rejimin bu açıqlamasından sonra Qəzzzada bütün təbəqələrin, hətta yardım qüvvələrinin və beynəlxalq təşkilatların işçilərinin də vəhşicəsinə öldürülməsinin şahidi olmağımız təəccüblü deyil.

"Əl-Cəzirə" şəbəkəsinin məlumatına görə, Qəzza hökumətinin media ofisi bu gün İsrail ordusu tərəfindən bir fotoqraf və bir jurnalistin öldürüldüyünü elan edərək, Qəzza müharibəsinin başlanmasından bu yana sionist qüvvələrin öldürdüyü jurnalistlərin sayının 137-yə çatdığını elan edib.

Qəzzada məskunlaşan jurnalistlərdən Əbdül Vəhab Avninin Qəzzənin mərkəzindəki Moğazi qaçqın düşərgəsindəki evi bu gün sionistlər tərəfindən bombalanıb. Nəticədə bu jurnalist şəhid olub.

Sionist rejimin jurnalistlərə qarşı son vəhşiliyi bu səhər onların Əl-Əqsa xəstəxanasının hədəfə alınması ilə bağlıdır. Bu hadisə zamanı 4 nəfər həlak olub.
Comment