0
Sunday 17 February 2013 - 01:14

Türkiyə enerji naziri: İran Türkiyəni enerji ilə təchiz edən əsas ölkədir

Story Code : 240224
Türkiyə enerji naziri: İran Türkiyəni enerji ilə təchiz edən əsas ölkədir
Türkiyə enerji naziri: İran Türkiyəni enerji ilə təchiz edən əsas ölkədir
Islam times.org/az/ - Türk dilli NTV kanalına ekskluziv müsahibə verən Yıldız deyib ki, Türkiyə neft və təbii qaz ehtiyacını İrandan idxal edir və bu səbəbdən də İrana qarşı tətbiq edilmiş sanksiyalara əməl edə bilməz.

O vurğulayaraq bildirib ki, Ankara öz milli maraqlarında anti İran sanksiyalara məhəl qoymayacaq.

7 Fevralda Yıldız vurğulayaraq bildirib ki, Türkiyə İran qazına ehtiyaclıdır və Ankara Tehran ilə enerji əməkdaşlığını davam etdirəcək.

O deyib: “1996-ci ildə imzalanmış razılaşmaya əsasən Türkiyə qaza olan ehtiyacının əsasə hissəsini İrandan idxal edir.”

Razılaşmaya əsasən illik olaraq İran Türkiyəni 10 milyard kub metr qaz ilə təchiz edir.

Rusiyadan sonra dünyanın ikinci ən böyük təbii qaz ehtiyyatına sahib olan İran Moskvadan sonra Türkiyənin ikinci ən böyük qaz təchizatçısıdır. Türkiyə İrandan idxal edilmiş qaz hesabına ölkənin əsas enerji ehtiyyatını təmin edir.

2012-ci il 29 dekabrda İranın neft nazirinin qaz işləri üzrə müavini Cavad Ovji deyib ki, ölkənin Türkiyəyə qaz ixracı ilk dəfə olaraq günlük 31 milyon kub metr olub.
Source : Islamtimes
Comment