0
Monday 5 August 2013 - 07:37

Azərbaycan İslam Partiyası “Seşki Qərargahı”nı elan etdi

Story Code : 289808
Azərbaycan İslam Partiyası “Seşki Qərargahı”nı elan etdi
Azərbaycan İslam Partiyası “Seşki Qərargahı”nı elan etdi
“ Əxlaqlı Seçki və Ədalətli Hakimiyyət Uğrunda Hərəkat”ın Məşvərət Şurasının avqustun 3-də növbəti toplantısı keçirilib. Toplantı Quran tilavəti ilə açılıb. Yığıncağa MŞ-nin üzvü Məmmədağa Əliyev sədrlik edib. O, iştirakçıları bağışlayan və mehriban Allahın adıyla salamlayaraq yığıncağın işinə uğurlar diləyib.

Yığıncağın gündəliyinə müzakirə üçün əsasən Ölkədə ictimai-siyasi vəziyyət və ümumi seçki mühiti, İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun seçki ilə bağlı münasibətini açıqlayan bəyanatı, “Əxlaqlı Seçki və Ədalətli Hakimiyyət uğrunda” seçki blokunun “ Seçki Qərargahı”nın yaradılması və cari məsələlər daxil edilmişdir.

Toplantının sədri birinci məsələ barədə məlumat üçün sözü AİP sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərliyə verib. A.Heydərli daha sonra mövcud hakimiyyətin seçki ilə başlı müxalif partiya və qurumlara ambisiyalı, neqativ münasibətini, xüsusən haqsız olaraq həbs olunan prezidentliyə namizədlərin üzərinə atılan şər və böhtanların indiyə kimi aradan qaldırılmamasını kəskin tənqid edib, ölkədə yeni seçki oyununun aparılmasını sübut edən arqumentləri dilə gətirib. O, Konstitusiyaya zidd olaraq istər iqtidar partiyası səlahiyyətlilərinin, istərsə də bir sıra başqa müxalifət qüvvələrinin xarici ölkələr qarşısında öhdəlik götürməsini sübut edən hərəkətlərin şəksiz olduğunu bildirib. A.Heydərli daha sonra qeyd edib ki, hakimiyyət uğrunda gedən mübarizədə Dağlıq Qarabağın azad olunması tərəflər üçün sanki heç bir əhəmiyyət kəsb etmir, hətta torpaq uğrunda müharibəni cinayət adlandıranlar da vardır. “İnsanların azad söz demək imkanı olmayan bir ölkədə hansı azadlıqdan, azad seçkidən söhbət gedə bilər”-deyə A.Heydərli ədalətli seçki uğrunda mübarizənin konyektur maraqlardan çıxarılaraq ümumxalq hərəkatına çevirməyin vacibliyini bildirib.

Sonra çıxış üçün söz AİP sədr əvəzi Elçin Manafova verilib. O, ilk növbədə toplantı iştirakçılarını salamlayaraq məhbəs həyatı yaşayan AİP sədri Hacı Mövsüm Səmədovla görüşündən məlumat verib. E.Manafov M.Səmədovun Milli Şura ilə bağlı mövqeyinin indiki vəziyyəti, mətbuatda bu haqda gedən yanlış məlumatların bilərəkdən təhrifi və partiya sədrinin heç zaman Milli Şura deyilən bir qurumda təmsil olunmamasını sübut edən bəyanatından və şəxsi mövqeyindən danışıb. Toplantıda M. Səmədovun seçkii ilə bağlı bəyanatı səsləndirilib.

Məşvərət Şurasının toplantısında Seyran Rzayev, İnqilab Əhədli, Siyasət Bağırov, Elyar Nəzərov, Zamin Məcidli, Ərəstun Rzayev, Davud Şıxıyev, Hüseyn Qasımov, Əli Hüseynov, İlham Muctabaoğlu müzakirə olunan məsələlərə münasibət bildirməklə maraqlı təkliflər irəli sürüblər. Prezident seçkilərində yüksək nəticə əldə olunacağına inamla yanaşan MŞ üzvləri xalqımızın səfərbər olunmasına səy və iradə göstərməyi başlıca vəzifə hesab ediblər. Onlar bütün İslami qüvvələrin “Əxlaqlı Seçki və Ədalətli Hakimiyyət uğrunda hərəkat”ın ətrafında birləşərək vahid məqsəd uğrunda mübarizə aparmağı zəruri və vacib tələb kimi qiymətləndiriblər. Bundan ötrü MŞ üzvləri vahid mərkəz olaraq İslam Partiyasının mərkəzi ofisini “Seçki Qərargahı” adlandıraraq təşkilati məsələlərin həyata keçirilməsini AİP səlahiyyətlilərinin üzərinə qoyublar. Toplantıda həmşinin bölgələr üzrə seçki qərargahlarının yaradılması təklifini qərara daxil edilib və istər seçki ilə bağlı, istərsə də seçkilərə ümumi İslami nəzərlərlə bağlı əhali arasına geniş maarifləndirmə tədbirlərinin aparılmasını məqsədəuyğun hesab edərək qərara alıblar.
Source : islaminsesi
Comment