0
Sunday 18 March 2018 - 23:53

Səudiyyə şahzadəsi anasını ev dustağı etdi

Story Code : 712474
Səudiyyə şahzadəsi anasını ev dustağı etdi
Axar.az xəbər verir ki, bu barədə informasiyanı ABŞ-ın "NBC Nyus" televiziyası yayıb. Televiziya şahzadənin öz atasına anasının xaricdə müalicə aldığı haqqında uydurma informasiyalar verdiyini bildirib.

Telekanalın məlumatına görə, kral Salman həyat yoldaşının yox olmasının arxasında vəliəhdin olduğunu bilmir.

"Vəliəhd anasının onu kral görmək istəmədiyini düşünür. Buna görə də anasının krala təsir edəcəyindən qorxur. Məhəmməd bin Salman buna görə qadını ölkədəki saraylardan birində ev dustağı edib".
Source : Deyerler
Comment