0
Wednesday 28 March 2018 - 07:24

Seyid Həsən Nəsrullah: “Səudiyyə Suriyadan İranla əlaqələri kəsməyi istədi”

Story Code : 714284
Seyid Həsən Nəsrullah: “Səudiyyə Suriyadan İranla əlaqələri kəsməyi istədi”
Deyerler.org Təsnim-ə istinadən xəbər verir ki, Al-Akhbar qəzetinə müsahibə verən Seyid Həsən Nəsrullah, Livan iqtisadiyyatının böyük bir tənəzzül vəziyyətində olduğunu və korrupsiya ilə mübarizəyə qətiyyətlə davam edəcəklərini bildirib: “Bu gün Hizbullah İraq və Suriyada İŞİD terroru və Amerikanın işğalı qarşısındakı qələbələri ilə gücünü sübut etmişdir. Hizbullah Amerikanın bölgədəki bütün ssenariləri üçün təhlükədir. Əldə etdiyimiz qələbələr qarşısında Amerika və müttəfiqləri ziyana düçar olmuşdur”.

Seyid Həsən Nəsrullah Səudiyyə rejiminin və Körfəz ölkələrinin Livan seçkilərinə müdaxilə etməyə çalışdıqlarını bildirib.

Hizbullahın lideri müsahibəsində Səudiyyə rejiminin yüksək səviyyəli orqanları ilə Suriya nümayəndə heyətinin son günlərdə baş verən ikitərəfli görüşünün təfərrüatlarını da açıqlayıb: “Səudiyyə Ərəbistanı Suriya dövlətindən İran ilə əlaqələrinə xitam verməsi müqabilində terrorçuları dəstəkləməyəcəyini və Suriyanın yenidən inşası üçün pul yardımını təklif edib. Eyni təklif Kral Abdullah və Kral Salman dövrlərində də təkrarlanmışdı. Bu da onu göstərir ki, müharibənin əsl səbəbi müqavimətdir”.

Müsahibəsində müqavimətin Livan xalqı və region üçün əhəmiyyətini vurğulayan Seyid Həsən Nəsrullah belə danışıb: “Bizim bugünkü müharibəmiz bir mövcudiyyət və izzət mübarizəsidir. Hizbullahın parlamentdəki nümayəndələri müqavimətin səsidir və müqaviməti qorumaq və dəstəkləmək məqsədilə orada mövcuddurlar. Səudiyyə ötən aylarda Səəd Əl-Həririni istefaya məcbur edərək, Hizbullahı dövlətdən kənarlaşdırmağı və Livanı zəiflətməyi hədəf seçmişdi. Səudiyyə rejiminin layihəsi dövlət ilə müqaviməti münaqişəyə salmaqdan ibarətdir”.

Yəmən xalqının Səudiyyə rejiminin işğalı qarşısındakı əzminə və mübarizələrinə də işarə edən Seyid Həsən Nəsrullah Yəmən xalqının və Ənsarullahın Səudiyyə rejimi qarşısında mühüm nailiyyətlər əldə etdiyini qeyd edib: “Yəmənlilərin Ər-Riyada atdığı 7 raket Səudiyyə rejiminin hava limanını hədəfə almamış olsa da, hərbi baxımdan mühüm bir nailiyyətdir. Səudiyyə rejiminin kölgəsində mövcudiyyətini davam etdirən Yəmənin 3 il əvvəlki vəziyyəti ilə bu gün arasında çox böyük fərq var”.

Açıqlamasının sonunda zərurət olacağı təqdirdə şəxsən özünün Hermel-Baalbək cəbhəsinə gedərək döyüşəcəyini bildirən Hizbullahın lideri, “Bunu üç dəfə təkrar edirəm və ciddiyəm”, - deyib.
Source : Deyerler
Comment