0
Tuesday 24 April 2018 - 17:47

Bəşər Əsəd: “Suriya terrora qarşı müharibəni davam etdirəcək”

Story Code : 720228
Bəşər Əsəd: “Suriya terrora qarşı müharibəni davam etdirəcək”
Deyerler.org SANA-ya istinadən xəbər verir ki, görüşün əvvəlində Cabiri Ənsari Suriya və xalqını hədəfə alan müharibənin sona çatdırılmasında kömək edən İranın göstərdiyi səylər və danışıqlar haqqında B.Əsədə ətraflı məlumat verib. Sonra tərəflər Suriyadakı son prosesləri müzakirə ediblər.

B.Əsəd Suriyaya üçlükdə hücum edən ABŞ, Böyük Britaniya və Fransanın, bölgədə əlaltıları olan bir qism dövlətlərlə birlikdə, Suriya və xalqına qarşı müharibənin ilk günündən etibarən terroru dəstəklədiklərini vurğulayıb. Suriya prezidenti bu dövlətlərin sonuncu dəfə etdikləri birbaşa təcavüzün Suriyada terrora qarşı müharibəni dayandırmaqda uğurlu olmadığını qeyd edib. “Suriya terrorizmə qarşı müharibəni davam etdirməkdə əzmlidir. Vətən torpaqlarının istisnasız hər bir qarışını terror və havadarlarından azad edəcəyik”, - deyə Suriya prezidenti bildirib.

Cabiri Ənsari də ABŞ, Böyük Britaniya və Fransanın aprelin 14-də Suriyaya qarşı etdikləri hücumlarının əsl səbəbinin Suriya ordusu və müttəfiqlərinin terrora qarşı etdikləri şanlı qələbələri olduğunu bildirib. İran rəsmisi təcavüzkar dövlətlərin Suriya ordusunun terrora qarşı qələbələrinin artması və digər bölgələrə keçməsindən narahat olduqlarını vurğulayıb.
Source : Deyerler
Comment