0
Thursday 3 May 2018 - 00:24

Həşd-Şəbi komandiri: Ayətullah Seyid Əli Xamenei İraqı xilas etdi

Story Code : 722027
Həşd-Şəbi komandiri: Ayətullah Seyid Əli Xamenei İraqı xilas etdi
Müqəddəs Cəmkəran məscidinin ictimai əlaqələr bölməsinin verdiyi məlumata görə, 15 Şəban həzrət İmam Məhdinin (əc) mövludu münasibətilə hər il Cəmkəran məscidinin mədəniyyət işləri üzrə təşkilatı tərəfidən “İlin Mehdi Yavəri” mərasimi keçirilir. Bu il öz müstəsna qələbələrinə görə İraq könüllü xalq qüvvələrinin (Həşd-Şəbi) komandiri Əbu Mehdi Mühəndis və Sepahın Qüds qüvvələrinin komandiri sərdar Qasim Süleymani “İlin Mehdi Yavəri” adına layiq görülüblər.
Mərasimdə çıxış edən Həşd-Şəbi komandiri Əbu Mehdi Mühəndis Səddam rejiminin devrilməsindən sonra və İŞİD-in İraqı bərk təhdid etdiyi bir zamanda Ali Məqamlı Rəhbər həzrət Ayətullah Xameneinin İraq xalqının yanında dayanmasına və bu ölkəni süqut təhlükəsindən xilas etməsinə işarə edərək deyib: “İraq xalqı və cavanları da təqlid mərcələrinə tabe oldular, Həşd-Şəbini təşkil edərək İŞİD və digər terrorçu qruplar qarşısında ayağa qalxdılar, müqəddəs məkanları təhlükədən qurtardılar.”
İran könüllü xalq qüvvələrinin komandiri çıxışının davamında deyib: “Bu qələbələr sərdar Süleyman Qasiminin vilayətçi hərəm müdafiəçiləri ilə birlikdə təlaşları sayəsində əldə edildi.”
Mərasimdə Əbu Mehdi Mühəndis Samirra hərəminin bayrağını Cəmkəran Məscidinin Qəyyumluğuna hədiyyə edib.
Source : Nur.az.com
Comment