0
Friday 8 June 2018 - 14:57

Bakıda İsrail səfirliyi qarşısında aksiya keçirildi: Tutulanlar var

Story Code : 730331
Bakıda İsrail səfirliyi qarşısında aksiya keçirildi: Tutulanlar var
Hər il Ramazan ayının son cümə günü keçirilən Beynəlxalq Qüds günü ilə əlaqədar bir qrup inanclı İsrailin Bakıda yerləşən səfirliyi qarşısında aksiya keçirib.
İslamazeri.com "İslaminSesi"-nə istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları aksiya iştirakçılarını saxlayıb. Həbs edilənlər Yasamal rayonu 27-ci polis bölməsinə aparılıb.
Həbs edilənlər arasında Qarabağ uğrunda İslami Müqavimət Hərəkatının sədri Rövşən Əhmədli də var.
Ərazidə çəkiliş edən jurnalistlər polis əməkdaşları tərəfindən təzyiqə məruz qalaraq lentə aldıqları kadrlar əllərindən alınıb. 
 
Source : İslamazeri
Tagged
qüds
Comment