0
Monday 16 December 2013 - 23:52

Ağ Ev Cenevrə razılaşmasının şərtlərini pozur

Story Code : 331358
Ağ Ev Cenevrə razılaşmasının şərtlərini pozur
ABŞ Konqresinin web-səhifəsini istinadən xəbər yayılıb ki, İllinoyz ştatının senatoru Piter Ruzkam, Texas ştatının sentaoru Riçard Makkul, senator Daniel Lipinski cümə axşamı belə bir bəyanatla çıxış edib. Onlar Cenevrə razılaşmasının müddəalarının dəyişdirilməsini istəyib. Cümə axşamı günü demokrat və Respublikaçıların bir araya gəldiyi toplantıda Obama və Qərb dövlətlərindən tələb olunub ki, İranla müzakirə parametrləri dəyişdirilsin.

Bəyanatda bildirilir ki, İran uran zənginləşdirilməsini tam şəkildə dayandırmalıdır, müasir raketlərin istehsalına son qoymalıdır, Hizbullah və HƏMAS-la əlaqələri kəsməlidir. Əslində Cenevrə razılaşması İrana uranı zənginləşdirmək hüququ verir. Bu nöqtə ABŞ Konqresini özündən çıxarıb. Bundan əlavə İrandan tələb olunur ki, sentrafuqa istehsalı dayandırılsın, Ərak ağır su reaktoru bağlansın. İran ABŞ, Fransa, Rusiya, Çin, İngiltərə və Almaniya ilə 24 noyabr danışıqlarında nüvə proqramı ilə bağlı müəyyən razılığa gəlib. Bu razılıq gələcəkdə problemlərin aradan qaldırılması üçün addım idi. Razılaşmaya ümid yarandığı bir vaxtda konqresmenlər təxribatçı bir bəyanat verir, 19 hüquqi şəxs və şirkət sanksiyaların qara siyahısına əlavə olunub. İran bu addımları ciddi tənqid edərək Ağ Evi ikili oyuna son qoymağa çağırıb.
Comment