0
Thursday 8 May 2014 - 23:28

Qaralov artıq qorxmur və çəkinmir

Story Code : 380958
Qaralov artıq qorxmur və çəkinmir
Qaralov artıq qorxmur və çəkinmir
Azərbaycanda “nurçu”larla bağlı mövzuların mətbuatda gündəmə gəlməsində ara sıra səngisə də bəzən heç də hamının diqqətini cəlb etməyən ancaq diqqətə layiq məlumatlar da yayılır. Bu gün mətbuata müsahibə verən YAP İdarə Heyətinin üzvü və yaradıcılarından biri, keçmiş deputat, baş prokuror Zakir Qaralovun əmisi, Zahid Qaralov “nurçular”ı dəstəkləyib. O, Ərdoğanı Gülənə qarşı mübarizə apardığını görə qınayıb, “Pensilvaniya imamı”nı isə böyük filosof və şəxsiyyət adlandırıb. Hansı ki, Elnur Aslanov vəzifədən azad olunan zaman Zakir Qaralov iddia edirdi ki, “nurçu”larla heç bir əlaqəsi yoxdur, nurçunun nə demək olmasını belə bilmir. İndi nə baş verdi ki, Zakir Qaralov birdən birə 180 dərəcə mövqeyini dəyişdi? Fikrimizcə, baş prokurorun əmisi ilk vaxtlar nurçu olduğunu gizlətməyə çalışıb, özünün nurçu olmasının aşkar olunmasından ehtiyatlanıb, sonra biləndə ki, İlham Əliyev heç də bütün nurçulara qarşı mübarizə aparmır, təkcə Ərdoğanın yox, həm də Pensilvaniyadan gələn xahişlərə əməl edir, özünün təhlükəsizliyinə əmin olduqdan sonra Zakir Qaralov bu cür açıqlama ilə çıxış etdi. Həm də yəqin Pensilvaniyadan Qaralova da əmr gəlibmiş.
Source : Islamtimes
Comment