0
Tuesday 18 June 2013 - 10:38

ABŞ Manas bazasından çıxmağa can atır

Story Code : 274550
ABŞ Manas bazasından çıxmağa can atır
ABŞ Manas bazasından çıxmağa can atır
Bundan öncə Qırğızıstanın parlamenti, Müdafiə Komitəsinin üzvlərindən biri Manas bazasından Amerikanın hərbi iştirakının davam etməsi üzrə saziş sənədinin pozulması haqda qanun layihəsinin ilkin mətninin qəbul edilməsini bildirmişdi.

Bu ilkin mətndə bu mərkəzlə əlaqədar anlaşma sənədlərinin uzaldılmasından vaz keçmə qanunu ratifikasiyadan keçmişdi.

Qırğızıstanın prezidenti Almaz Beyk Otambayev Manas bazası statusunun müəyyənləşdirilməsinə işarə edərək qeyd edib: Amerikalı hərbçilər yalnız 2014-cü ilin Axırına kimi bu bazadan istifadə etmə hüququna malikdirlər. Bu fikri nəzərə alaraq Manas bazasının barəsində imzalanmış saziş sənədinin götürülməsi haqda qanun layihəsi parlamentdə diqqət mərkəzində durub, iş gündəminə gətirildi ki, beləliklə xarici hərbçilərin sözü gedən bazada hərbi fəaliyyətlərinə son qoymaq mübahisəsi bu ölkənin millət vəkilləri tərəfindən müzakirə edilsin .

Amerika hələ də Mərkəzi Asiyada hərbi bir bazanın mühafizə edilməsi üçün müəyyən bir həll yolu tapmaq barədə düşünür.

ABŞ-ın Qırğızıstanda Manas bazası ilə bağlı imzaladığı müqavilənin müddətinin başa çatmaqda olduğunu nəzərə alaraq Amerika rəsmilərinin bu bazadan çıxmağa dair səyləri iki dəfə artıb.

Manas bazasının 17-ci komandanı polkovnik Can Milardın bu bazanın gələcəyi ilə bağlı irəli sürdüyü son iddiasının üzərində bu prizmadan yanaşmaq lazımdır.

Müşahidəçilərin fikrincə bucür fikir və iddialar göstərir ki Amerikanın hərbi komandanları Amerika maraqlarının mühafizə edilməsinə israrlıdırlar və Qırğızısan rəsmiləri və bu ölkə parlamentinin rəyi onlara bir o qədər də əhəmiyyət daşımır.

Ümumilikdə Qırğızıstan hökuməti quruluşunun dəyişdirilməsi ilə bağlı artıq şəxsən prezidentin əsas qərar çıxarmaqda yeri olmayacaq və bu qanun vericilik qurumu həmçinin bu qurumda partiyalar və xalqın təmsilçiləri ölkənin müqəddəratı barədə qərar çıxarırlar.

Əmin-amansızlığın ayaq-alıb getməsi, qövmçülük, Qırğızıstanda terrorizm və ifratçılığın peyda olması eləcə də bu ölkədə siyasi-ictimai təhlükəsizliyin olmaması ilə əlaqədar edilən təbliğatların kənarında bir sıra məsələlərin irəli sürülməsi və şişirdilməsi o cümlədən Mərkəzi Asiyada ABŞ-ın hərbi iştirakı müxtəlif problemlərin həllinə kömək edə bilər kimi iddialar ABŞ-ın Mərkəzi Asiya ilə bağlı siyasət planlarının müəyyən bir hissəsidir. Bu əsnada ABŞ-ın və Qırğızıstan arasında üzdən iraq vasitəçi nümayəndə heyətlərinin ezam edilməsi tərkibində özünü göstərən təhdid-təşviqatları da görməməzliyə vurmaq olmaz, misal üçün İngiltərə xarici işlər nazirinin Bişkək səfərinə işarə etmək olar. Görünür Bişkək rəsmilərinin Manas bazasında Amerika hərbçilərin olması və fəaliyyətlərinin davam etməsi barədə İngiltərənin yüksək vəzifəli diplomatiyasına mənfi cavab verməsi polkovnik Can Milardın etirazına səbəb olub.
Source : İrib
Comment