0
Wednesday 29 January 2014 - 23:09

İran və Türkiyənin geniş imkanları iki ölkə arasında əlaqələrin dərinləşməsi üçün zəmindir

Story Code : 346497
İran və Türkiyənin geniş imkanları iki ölkə arasında əlaqələrin dərinləşməsi üçün zəmindir
Fars xəbər agentliyi böyük rəhbərin mətbuat xidmətinə istinadən bildirir ki, cənab rəhbər bu gün (çərşənbə günü) Türkiyə baş naziri ilə görüşdə iki ölkə arasında qardaşlıq, sevgi və dostluğun son əsrlərdə misilsiz olduğunu önə çəkərək böyük imkanların dərin rabitələrə şərait yaratdığını bildirib.
Cənab Ayətullah Xamenei Ərdoğanın səfəri gedişində əldə olunmuş razılaşmaların Tehran və Ankara tərəfindən icrasını zəruri sayaraq əlavə edib: “Bu mövzuya ciddi yanaşma münasibətlərin möhkəmlənməsi və dərinləşməsinə səbəb olacaq.”

Cənab rəhbər İran və Türkiyə xalqlarının qəlbən bağlılığını mühüm sayaraq buyurub: “Mövcud fürsət və şəraitdən düzgün faydalanmaq lazımdır.”

Rəcəb Təyyib Ərdoğan Türkiyə prezidenti və xalqının isti salamlarını belə bəyan edib: “Biz İranı ikinci evimiz hesab edirik.” Türkiyə baş naziri bu gün İran prezidenti Həsən Ruhani və digər məsullarla görüşlərini yüksək dəyərləndirərək imzalanmış razılaşmalar barədə deyib: “Ümid edirik ki, iki ölkə arasında əlaqələr daimi yüksələn xətlə genişlənəcək, region və dünya üçün nümunə olacaq.”

Ərdoğan İran-Türkiyə ali həmkarlıq şurasının yaradılması barədə razılaşmanı əhəmiyyətli sayaraq deyib: “Ardıcıl və istiqamətli müzakirələrlə rabitələri o qədər genişləndirəcəyik ki, sanki iki ölkənin nazirləri müştərək bir kabinetdə həmkarlıq edir.
Comment