0
Sunday 11 August 2013 - 19:41

Səudiyyəli vəhhabi suriyalıların başının kəsilməsini etiraf etdi

Story Code : 291506
Səudiyyəli vəhhabi suriyalıların başının kəsilməsini etiraf etdi
“IslamTimes” “AsiaNews”-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanından olan bir terrorist Suriyanın Laziqiyyə məntəqəsində günahsız suriyalıların başının kəsildiyini etiraf edib.
 
Nəcməddin Azad adı ilə tanınan bu vəhhabi terrorist dünyada tanınmış terroristlərdəndir ki, Əfqanıstanda da bir sıra əməliyyatlarda iştirak edib. Bu şəxs başını kəsdiyi günahsız hərbiçilərin fotosunu yayaraq bildirib ki, onların başını kəsmək iftixarı ona nəsib olub.
 
Nəcməddin Azadın əsl adı Adil Əl-Ətibidir. O təqribən 2 ay öncə Suriyaya daxil olub və “Səqərul-əz” terror qrupu ilə birlikdə bir çox cinayətlər törədib. Bu qruplaşma Suriyada terror qrupları arasında ən fəallardandır. Onların rəhbəri Səudiyyə Ərbistanından olan Səqər Əl-Cihad ləqəbli biridir. Xarici KİV bir müddət öncə onun qətlə yetirildiyini yazmışdı. Amma bu xəbər doğru deyildi və Səqər Əl-Cihad hələ də sağdır.
 
Vəhhabi terroristlər şəxsi Twitter səhifələrində mülki vətəndaşların başlarının kəsilmiş fotolarını yerləşdirib. Terroristlər mülki vətəndaşların başlarının kəsildiyi kəndin adını açıqlamayıblar. Bildirilir ki, uyğun kənddə son zamanlar terroristlərlə Suriya ordusu arasında şiddətli döyüşlər gedib. 
 
Vəhhabi terrorist Twitterdəki şəxsi səhifəsində bildirib ki, onun da iştirak etdiyi qarşıdurma baş vermiş kəndlərin küçələri meyitlərlə örtülüb. Uyğun terrorist özü bu qarşıdurmalar zamanı bir qıçını itirib. Maraqlısı isə budur ki, o hazırda motorsiklet vasitəsi ilə dolaşır.
 
Qeyd edək ki, səudiyyəli vəhhabilər onların yanlış, İslama, insaniyyətə zidd olan əqidələrini qəbul etməyən şəxsləri “kafir” adlandırır və rahatlıqla onları qətlə yetirir. Bu günədək çox sayda şiə də onların ağlasığmaz cinayətinin qurbanı olub.

Comment