0
Saturday 18 October 2014 - 12:53

Əbdülməlik Husi Yəmənin Seyid Həsən Nəsrullahıdır

Story Code : 415201
Əbdülməlik Husi Yəmənin Seyid Həsən Nəsrullahıdır
Əbdülməlik Husi Yəmənin Seyid Həsən Nəsrullahıdır
Sayt artırıb: “Əbdülməlik Husinin hərəkətlərini dəqiq izlədikdə, əsasən də onun itaətində olan mübarizlərin “Ənsarullah” təşkilatı bayrağı altında Səna şəhərində nəzarəti tamamilə ələ aldıqdan sonra belə məlum olur ki, o “Ənsarullah” təşkilatının strateji hidayətində, habelə şəxsiyyət baxımından və çıxışı zamanı rəftarları Livanın Hizbullah təşkilatının rəhbəri ilə eyni olmaqdadır. Həqiqətdə Husilər siyasi və hərbi strategiyada 2008-ci ildə Beyrutda Hizbullahın hərəkətlərini təqlid edirlər”.
Middle East Online yazıb: “Ənsarullah adını özlərinə seçmiş Husilər, hökumət qüvvələri tərəfindən heç bir müqavimətlə qarşılaşmadan Səna şəhərində nəzarəti ələ aldılar. Husi şiələrinin və Ənsarullah təşkilatının mənəvi rəhbəri öz çıxışlarında və düşməni təhdid etməkdə Livan Hizbullah rəhbəri Seyid Həsən Nəsrullahın yolunu gedir və onu özünə örnək seçmişdir. O da Seyid Həsən Nəsrullah kimi təhdid etməkdə və vədə verməkdə barmağından istifadə edir, əzəmət və səlabətli sözlərdən istifadə edir. Husilərin rəhbərinin bütün hərəkət, davranış və tərəfdarları ilə anlaşması Hizbullah rəhbəri ilə çox oxşardır”./AranNews/
Source : Arannews
Comment