0
Saturday 21 April 2012 - 18:32

İranın Fələstin xalqının himayəsində daha başqa bir uğur

Story Code : 155328
İranın Fələstin xalqının himayəsində daha başqa bir uğur
İranın Fələstin xalqının himayəsində daha başqa bir uğur
Elə bu istiqamətdə Qabon iclasında İslami Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya çatdırma nazirlərinin qərarında əsasən mübarək ramazan ayınn sonuncu cüməsi beynəlxalq Qüds günü kimi rəsmən tanınıb.

İİR-nin təklifinin təsdiq edilməsi ilə bundan sonra mübarək Ramazan ayının sonuncu cüməsində bütün islam ölkələrində Fələstinin məzlum xalqını himayə habelə Sionist rejimin cinayətlərini pisləmək məqsədi ilə xüsusi mərasim keçiriləcək. Bu haqda qəbul edilmiş qanun layihəsinə əsasən İslam ölkələrinin radio və televiziyaları və xəbər agentləri bu gün üçün xüsusi verilişlər hazırlamalıdırlar.

Qabon paytaxtı Libervil də keçirilən islam ölkələrinin informasiya çatdırma nazirlərinin 9-cu iclasını təsdiq etdiyi başqa mövzulardan biri də bu iclasın 10-cu iclasının İİR-nin ev sahibliyi ilə keçirilməsi ilə idi ki iclas iştirakçılarının rəğbəti ilə üzləşdi.

57 İslam ölkəsinin informasiya çatdırma nazirlərinin iclası cümə axşamı günü(19 aprel) Qabon paytaxtı Libervil də başlandı və cümə günü (20 aprel)-də bir qətnamənin təsdiq edilməsi ilə sona çatdı.

Hər halda İslami Əməkdaşlıq Təşkilatı tərəfindin ümum dünya Qüds günündən rəsmi formada tanınması üzrə təklifi, İranın beynəlxalq ərsədə Fələstin xalqını himayə üzrə təsirli səylərini göstərməkdədir. Şübhəsiz Fələstin xalqı və Qüds mövzusunu himayədə beynəlxalq diqqətlərin yaranmasının yeni dövrünün başlanması İranın İslam İnqilabının zəfər çalması olubdur. Əslində İranın İslam İnqilabının zəfər çalması İslam dininin mütərəqqi təlimlərindin mənşə alan hegemonçular qarşısında işğalçılığın rədd edilməsi və dünya məzlumlarını himayə mehvəri ilə olan yeni siyasi ritorikanı beynəlxalq əlaqələr arenasına daxil etdi.

1357-ci hicri şəmsi ilinin bəhmən ayının ,1979-cu milad ilinin fevral ayında İmam Xomeyninin (rəh) rəhbərliyi ilə İranda İslam İnqilabının zəfər çalmasından sonra Fələstin xalqı xüsusiyyət təşkil etməklə də dünya müsəlmanlarını himayə etmək daim İranın iş gündəmində olubdur. 1979-cu il avqustun əvvəllərində İİR-nın banisi İmam Xomeyni (r.ə)-in mübarək Ramazan ayının sonuncu cüməsini Qüds günü adı ilə adlandırılması da elə bu səylər sırasındadır.

Ötən 3 illikdən çox bir müddətdə Fələstin mövzusu haqda geniş beynəlxalq himayələrə səbəb olan mübarək Ramazan ayının sonuncu cüməsinin Qüds günü ilə adlandırılması üzrə İmam Xomeyni (r.ə)in təşəbbüsü daim siyasi şəxsiyyətlərin və İslam dini ailmlərinin böyük alqışı ilə üzləşibdir və beynəlxalq ümumi fikir tərəfindən rəğbətlə qəbul edilib.

Dünyanın müxtəlif məntəqələrində ümum dünya Qüds günü mərasimlərinin günü-gündən daha əzəmətli formada keçirilməsi bu nəzərin doğru olduğunu göstərməkdədir ki İmam Xomeyni (r.ə) Fələstin xalqını himayədə beynəlxalq ictimaiyyətə yeni bir əhval-ruhiyyə bəxş etdi və əməldə beynəlxalq ictimaiyyətin Fələstin haqdakı uzun illər boyu olan passivliyinə son verdi.

Hər il Ümumdünya Qüds Günündə dünyanın müxtəlif ölkələrində həm islam ölkələrində həm də qeyri-islami ölkələrdə Avropa ölkələrinin paytaxtlarının əksəriyyətində və hətta Amerikanın müxtəlif şəhərlərində Fələstin xalqını himayə və sionistlərin cinayətlərini pisləmək məqsədi ilə geniş aksiyalar keçirilir. Bu mövzu da Qərb ölkələrindəki ümumi fikrin hökumətlərinin Sionist rejimini himayə üzrə siyasətləri haqdakı nifrətini göstərməkdir. Bu elə bir haldadır ki, dünya xalqları cari ildə də Qüdsə doğru beynəlxalq karvan adı ilə bütün dünyadan olan fəalların xüsusi və geniş hərəkətlərinin şahidi idi ki, dünya xalqlarını bu hərəkəti Sionist rejimini kəskin şəkildə dəhşətə saldı .

Həzrət İmam Xomeyni(r.ə)-in təşəbbüsü dünyanın müxtəlif məntəqələrində Qüds xüsusiyyət təşkil etməklə Fələstin xalqını himayədə geniş xalq hərəkətlərinə və ayağa qalxmalarına səbəb olubdur ki, siyasi müşahidəçilər bu məsələni Fələstin xalqını himayə üzrə ümum dünya intifazəsi adı ilə adlandırırlar.
Source : İRİB
Comment