0
Saturday 18 February 2012 - 10:02

Hicab İlahi dinlərdə - 4

Story Code : 138615
Hicab İlahi dinlərdə - 4
Hicab İlahi dinlərdə - 4
Islam times.org/az/ - “Hikmətul hicab və ədillətu vucubin-niqab” kitabında, Həzrət Musanın (ə) şəriətində yəhudi qadınlarının hicab mənşəyinin zəruri olduğunu təsdiq etmək üçün, Şüeyb peyğəmbərin qızları ilə və Həzrət Musanın dastanına işarə olunmuşdur. Bu dastanda Həzrət Musa (ə) onlara əmr etdi ki, onun arxasınca gəlsinlər və Musanı arxadan öz atalarının evinə tərəf yönəltsinlər. (Müraciət edin: “Hikmətul hicab və ədillətu vucubin-niqab” səh. 252;)

Hicab, məsihiyyətdə: Qeyd olunduğu kimi, İlahi dinlər fitrət və ümumi müddəalarının tənasüblüyünə görə eyni cəhət və təcrübələrə malikdirlər. Məsihiyyətdə də, Zərdüşt və Yəhudiyyət dinlərində olduğu kimi qadınların hicabı vacib İlahi bir əmr sayılmışdır.

Məsihi alimi “Corci Zidan”, bu barədə belə demişdir: “Əgər hicabdan məqsəd, bədən və əndamın örtünməsidirsə, bu vəziyyət İslamdan öncə hətta Məsihin zühurundan da qabaq ümumi bir hala çevrilmişdir və onun təsiri hələ də Avropanın özündə belə qalmaqdadır.”

Xristianlıq qadınların hicabı barədə olan yəhudi şəriət hökmlərini nəinki dəyişdirməyib və bu qanunlara ciddi yanaşmayıb, bəlkə bəzi yerlərdə daha ciddi addımlar ataraq hicabın vacib və zəruri olduğu açıqlanmışdır. Çünki, yəhud şəriətində ailə qurmaq və evlənmək müqəddəs bir iş sayılır. Hətta “Sivilizasiya tarixi” kitabında gəlmişdir ki: “İyirmi yaşında evlənmək və həyat qurmaq məcburi sayılır”.

Lakin xristian fəlsəfəsi baxımından, mücərrəd və subay qalmaq müqəddəs hesab edilir. Şübhəsiz ki, belə olduqda təhrik və həyəcanın qalmasına heç bir tərəddüd qalmır. Bu məktəb, qadınları tam surətdə örtünməsinin və bəzək-düzəkdən uzaqlaşdırılmasının bir sözlə hicaba ciddi şəkildə riayət olunmasının daha kəskin formasıdır. Bununla əlaqədar olaraq, biz “İncil” kitabına müraciət edirik: “.... və həmçinin qadınlar zülfləri, qır-qızılları, mirvariləri və qiymətli geyimləri ilə deyil, özlərini həya və təvazökarlıq libası ilə zinətləndirsinlər və bəzəsinlər. Ola bilsin ki, bu əməl qadınları dindarlığa və saleh əməllərə dəvət eləsin ....” (İncil, Pulesin Timunausa olan risaləsi, ikinci bölüm, 9-15-ci maddələr;).

“Həmçinin ey qadınlar, öz ərlərinizə itaət edin. Əgər bəziləri onların sözlərinə itaətkar olmasalar belə, xanımların davranışı və xarakteri onları sözsüz ki tapacaq. Çünki qoy onlar sizin pak davranışınızı və Allahdan qorxmağınızı görsünlər. Hörüklərinizi toxumaqla, qızılla bəzənib yaraşıqlı olmağınız və gözəl libas geyinməyiniz sizin zahiri gözəlliyiniz və zinətiniz olmasın. Bəlkə, qəlbinizin dərinliyində olan insaniyyətiniz, həlim və aram ruhunuzun fəsaddan uzaq olan libası Allah yanında ən qiymətli və daha dəyərlidir. Çünki, belə müqəddəs qadınlar keçmişdə də Allaha təvəkkül edənlər idi. Özlərini bəzəyərək ərlərindən itaət edirdilər. İbrahimə (ə) itaətkar olan Sara (s) kimi. O, İbrahimi “ağam” deyib çağırardı. Siz də onun qızlarısınız.” (İncil, Petrus rəsulun risaləsi, üçüncü bölüm, 1-6-cı maddələr;)

Həmçinin qadının ləyaqətli və vəfalı bir qadın olması barədə oxuyuruq: “Beləliklə, qadınlar da gərək ləyaqətli olsunlar. Qiybət qıran, onun-bunun dalısıyca danışan olmasınlar; Bəlkə ayıq və hər bir işlərində vəfalı və sadiq olsunlar.” (İncil, Pulesi rəsulun Timunausa olan risaləsi, üçüncü bölüm, 11-ci maddə;)

Bizim rəvayətlərimizdə də belə zikr olunmuşdur: Həzrət İsa (ə) buyurdu: “Qadınlara baxmaqdan çəkinin; Çünki bu bir baxış, insanların qəlblərində şəhvəti artıraraq fitnə yaratmağa kifayət edir.” (Səfinətul-bəhar, 2-ci cild, səh.- 596;)

Həvarilər və onlardan sonra məsihiyyət məzhəbi və kilsə tərəfindən dini əmrləri və göstərişlərini verən və icrası zəruri və vacib sayılan paplar və böyük kardinallar daha intensiv olaraq qadınları bütöv şəkildə örtünməyə və bəzənməməyə çağırırdılar.

London Universiteti ustadı Doktor “Həkim İlahi” “Qadın və azadlıq” adlı kitabda Avropalılar arasında qadının vəziyyəti və onun təsvir olunması, məsihiyyət arasında qadının hicabı və örtünməsinin hökmü barədə “Kliment” və “Tertulyan” əqidəsini (İki məsihiyyət mərcəiyyəti və iki böyük Osqof (piskopos)) deyir: “Gərək qadın evində olduğu istisna olmaqla kənar yerlərdə hicabda və tam olaraq özünü örtməlidir. Çünki, onu örtən və əhatə edən geyimi yalnız ona dikilən və baxan gözlərə bir maneədir. Qadın özünü çılpaq etməməlidir ki, başqaları ona baxaraq günaha düşməyə məcbur olsunlar. Allah, İsəvi möminə bir qadının əcnəbilər yanında naxışlarla bəzənməsini bəyənməmişdir. Hətta təbii gözəlliyini belə gizlətməsini istəmişdir. Çünki ona baxanlar və görüntüləyənlər üçün təhlükəlidir.” (“Qadın və azadlıq”, Həkim İlahi, səh.-53;)

(ardı var)

Mühəqqiq: Səid Əsgəri
Mütərcim : Əli Həsənzadə
İSLAMTİMES
Source : islamtimes
Comment