0
Wednesday 19 March 2014 - 00:20

Krım artıq Rusiyadır

Story Code : 363345
Krım artıq Rusiyadır
Krım artıq Rusiyadır
Hazırda dünya ictimaiyyətinin diqqəti martın 16-da Krımda keçirilən və nəticəsi əvvəldən bəlli olan referenduma cəlb olunub.

Kırm əhalisinin 93 faizi yarımadanın Rusiyaya birləşməsinin tərəfdarı oldu və elə bu gün Krım rəhbərliyi sonrakı mərhələ üçün görəcəyi işlərlə bağlı Moskvaya yollandı.

Başda ABŞ olmaqla qərb dünyası bu referendumu qəbul etmədiyini dilə gətirir, Ağ Ev Rusiyaya qarşı sanksiyaları işə salacağını bəyan edib. Ancaq onu da qeyd etmək lazımdır ki, Avropa ölkələrinin heç də hamısı sanksiyalarə dəstəkləmir, məsələn, Fransa bu sanksiyalara qoşulmayacağını, Çin və Yaponiya da nəzərdə tutulan sanksiyaları dəstəkləmədiyini bildirib.

Krım referendumu Azərbaycan cəmiyyətini, ekspertləri də düşündürməyə vadar edir, bu da təsadüfi deyil, çünki Azərbaycanın hazırda ərazisinin 20 faizi işğal altındadır. Buna görə əliyev rejimi ehtiyatla tərpənərək, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib. Lakin müxalifət isə hakimiyyətdən daha qəti addımlar atmağı tələb edir.

Bu arada Türkiyə baş naziri Ərdoğan da referendumu tanımadığını bəyan edib. Baş verən hadisələr onu bir daha təsdiq edir ki, artıq dünyada yeni bir dönəm başlaya bilər, bu dönəm müharibələrin olmasını da istisna etmir, ancaq bununla belə artıq dünyada ABŞ-ın mütləq hegemonluğunun birmənalı sürəcəyini də şübhə altına alır.
Source : Islamtimes
Comment