0
Sunday 12 May 2013 - 21:31

ABŞ konqresinin gecikmiş etirafı

Story Code : 263238
ABŞ konqresinin gecikmiş etirafı
İsrailin “Yediot Ahronot” qəzeti internet səhifəsində yazıb: Hansısa partiyaya aid olmayan ABŞ konqresinin təhqiqat mərkəzi hazırladığı bəyanatda bildirib ki, rəsmi Vaşinqtonun İrana qarşı sanksiyaları nəticə verməyib. Sanksiyalar bu ölkənin məntəqədə və daxili siyasətində də dəyişikliyə səbəb olmayıb. 
 
Bəyanatda yazılıb: Sanksiyalar İranın neft ixracatını yarıya endirib. Ümumi daxili məhsul azalıb, amma bu nəticələr heç də qaneedici deyil.

ABŞ konqresi araşdırmalar nəticəsində İranın Orta Şərqdəki strateji imkanları və nüfuzunun da aşağı düşmədiyinin məlum olduğunu vurğulayıb. 
 
Təhqiqat mərkəzinin bəyanatında iranlı tacirlərin qeyri-rəsmi bank mübadilələrindən istifadə edərək qeyri-neft məhsullarını (kənd təsərrüfatı məhsulları, faydalı qazıntılar və sənaye malları) ixracatını artırdığı bildirilir.
 
ABŞ konqresi araşdırmalardan əldə olunan nəticələrin İrana qarşı uzunmüddətli sanksiyaların bu ölkə üçün faydalı olduğunu göstərdiyini bildirib. Belə ki, sanksiyalar İranı məcbur edib ki, neftə olan bağlılığını azaltsın və öz iqtisadiyyatını inkişaf etdirsin.
 
ABŞ dövləti yanvar ayının əvvəllərində İrana qarşı “iflic edici” adlandırdığı sanksiyaları tətbiq etdi. ABŞ-ın vitse prezidenti Cozef Bayden sionist lobbiləri qarşısında çıxış edərək bildirmişdi ki, uyğun sanksiyalar maksimum 2 ay ərzində İran iqtisadiyyatını iflic edəcək. Bu səbəbdən İran rəhbərliyi nüvə enerjisi ilə bağlı rəftarlarına dəyişiklik edəcək.
 
Bu gün irana qarşı “iflic edici” sanksiyaların tətbiq olunmasından 10 ay ötür. Bu sanksiyaların tətbiq olunmasında əsas rol oyanayan ABŞ konqresi özü etiraf edir ki, sanksiyalar nəticəsiz olub. Bunu da qeyd etmək yerinə düşərdi ki, İran xalqının bəzi iqtisadi problemlərə baxmayaraq son 22 bəhmən yürüşündə təntənəli iştirakı səbəb olmuşdu ki, xarici KİV “iflic edici” sanksiyaların məğlubiyyətlə üzləşməsi ilə bağlı xəbərlər dərc etsin. ABŞ konqresinin sanksiyaların uğursuzluqla üzləşməsini etiraf etməsi ilə eyni bir vaxtda Reuters xəbər agentliyi yazdı ki, ABŞ dövləti iki xarici şirkəti İranın sanksiyalardan yayınmasına kömək etməsi ittihamı ilə qara siyahıya salıb. Həmçinin Tehranda olan dörd şirkət İranın uranı zənginləşdirməsinə kömək etdiyi üçün tənbih edilib.
 
ABŞ maliyyə nazirinin terrorizm və maliyyə informasiyası məsələləri üzrə müavini Devid Kohen bəyanatında bildirib ki, İran sanksiyalardan yayınmaqla bağlı fəaliyyətlərinə davam edənədək biz onların tədbirlərini faş edəcəyik.
 
Reutersin verdiyi xəbətə əsasən, ABŞ maliyyə nazirliyi cümə axşamı günü Sambuk adlı gəmiçilik şirkətinə qarşı sanksiya tətbiq edib. Bu şirkət BƏƏ-də yerləşir və ABŞ rəsmilərinin bildirdiyinə əsasən son vaxtlar ABŞ maliyyə nazirliyi tərəfindən sanksiya tətbiq edilmiş tayvanlı tacir Dimitris Kambisə məxsusdur.
 
ABŞ maliyyə nazirliyi iddia edib ki, Kambis yenicə fəaliyyətə başlamış Sambuk şirkətindən İranın 8 gəmisini idarə etmək üçün istifadə edib. Bu gəmilər İranın Milli Tanker Şirkətinə məxsus olub. İddiaya əsasən, bu gəmilərdən Fars körfəzində İran neftinin bir gəmidən digərinə ötürülməsi üçün istifadə olunub. Onlar bu addımla satışa çıxarılan neftin əsil mənbəyinin izinin itirilməsi ardınca olublar.
 
Yeni sanksiyalara əsasən ABŞ vətəndaşlarına Kambis və onun gəmiçilik şirkətləri ilə ticarət əlaqələri qadağan olunub.
 
Kambis isə İranla hər növ ticarət və gəmilərinin İran neftinin daşınmasında iştirak etməsini rədd edir.
 
ABŞ maliyyə nazirliyi İran-Venezuela bankına qarşı sanksiyalar tətbiq etməkdən əlavə iddia edib ki, bu bank İran ordusunun bir qoluna maliyyə xidməti edir və neft razılaşmalarının həyata keçməsində köməkçi rolunu oynayır.
 
ABŞ maliyyə nazirliyi deyib: Bu bank öncə İran və Venezuela tərəfindən müştərək bir səhm şirkəti olaraq təsis edilib. Amma Venezuelanın hələ də Tehranda olan bu bankla rabitəsi olduğunu göstərən əsaslar mövcud deyil. Nazirlik 4 şirkətdən əlavə bir İran vətəndaşına da nüvə proqramı üçün təchizatlar alınmasına yardım göstərməsi ittihamı ilə sanksiya tətbiq edib. Sanksiya tətbiq olunan dörd şirkət isə “Aluminat”, “Pars”, “Amayeşe sənətə Kiş” və “Təhqiqate sənət pişro” şirkətləridir.
 
Konqresin qərəzli siyasətləri ilə yanaşı ABŞ senatorlarından olan bir qrup İranın milyardlarla dollar dəyərində olan xarici valyuta ehtiyatlarına blok qoyulmasını istəyib.
 
ABŞ rəsmiləri iddia edirlər ki, rəsmi Tehran əksəri "Euro" olan xarici banklardakı valyuta ehtiyatından Avropa və Amerikanın sanksiyalarından yayınmaq üçün istifadə edir.
 
Reutersin məlumatına əsasən, bu rəsmilər iddia edir ki, İran on illər ərzində neft ixracatı ilə əldə etdiyi və təqribən 100 milyard dollar dəyərində olan valyuta ehtiyatını milli valyutaya çevirir, idxal üçün lazım olan məbləği təmin edir və dövlət büdcəsini sabit saxlayır.
 
Bu layihə çərşənbə günü Amerikanın Respublikaçı senatoru Mark Kirk, Demokratlardan olan senator Joe Munchen və digər 3 millət vəkili tərəfindən irəli sürülüb.
Comment